Gömrük rüsumu olmadan Türkiyəyə şərab və araq ixrac edə biləcəyik
Azərbaycan Türkiyəyə hər il 1,5 milyon litr şərab və digər fermentləşdirilmiş spirtli içkiləri gömrük rüsumları olmadan ixrac edəcək.
KONKRET.az xəbər verir ki, bu imkanı Türkiyə parlamentində ratifikasiya olunmuş iki ölkə arasında güzəştli ticarət sazişi verir.
Sənədin ratifikasiyası zamanı 273 deputat bunun lehinə səs verib. Müqavilə on il müddətinə qüvvədədir. Sənədə əsasən, Türkiyə Azərbaycandan şərab və fermentləşdirilmiş spirtli içkiləri gömrük rüsumu olmadan alacaq. Azərbaycan da öz növbəsində qardaş ölkədən paltaryuyan maşınlar, monitorlar, videoregistratorlar, alüminium və avtomobillər üçün ehtiyat hissələri alacaq.
Türkiyə ilə Azərbaycan arasında güzəştli ticarət sazişi 2023-cü ilin aprelində Samsunda iqtisadiyyat naziri Mikayıl Cabbarovun səfəri zamanı imzalanıb. Türkiyə tərəfdən sənədi imzalayan ticarət naziri Mehmet Muş bildirib ki, bu addım iki ölkə arasında ticarət əlaqələrini genişləndirmək məqsədi daşıyır.
"Bu sənədin imzalanması ilə ölkələrimiz arasında iqtisadi əlaqələr daha da inkişaf edəcək, iş adamları üçün əlavə ticarət imkanları yaranacaq. Saziş çərçivəsində ikitərəfli ticarətin həcmi 150 milyon dollara çatacaq. Bu, prezidentlərimizin qarşıya qoyduğu məqsədə – ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq yolunda mühüm addımdır", – deyə türkiyəli nazir bildirib.
Ariz Həsənoğlu,
KONKRET.az

Metroda dəhşətli anlar - Azyaşlı uşaq yıxıldı
Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirdi - FOTOLAR
Türkiyənin 54 vilayətində əməliyyat keçirilib, 258 nəfər saxlanılıb
İçərisində 189 nəfər olan təyyarə qəza siqnalından sonra radardan itdi
Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO
ABŞ-İran anlaşması: Hər iki ölkə ilk bu addımları atacaq
Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub – İlham Əliyev
DÇ-2026: Kanadadan 6 qollu qələbə
Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları
Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"
İlham Əliyev: Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır
Azərbaycanlı gənc Qara dənizdə boğuldu
Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
Məşhur aktyor həyat yoldaşı ilə YANARAQ ÖLDÜLƏR
Məşhur futbolçu Elburus İsmayılov VƏFAT ETDİ