"Görək hansı ərazilərlə dəyişə bilirik" – Yerevandan Azərbaycanın 4 kənd tələbinə REAKSİYA
"Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Azərbaycanın tələb etdiyi 4 kəndin xəritələrimizdə olmadığını bildirib".
KONKRET.az xəbər verir ki, bunu hakim "Mülki müqavilə" partiyasından olan deputat Qaqik Melkonyan jurnalistlərlə söhbətində deyib.
İrəvanın kəndləri Bakıya təhvil verib-verməyəcəyi ilə bağlı suala Melkonyan belə cavab verib: "Paşinyanın dediyi kimi, bizim ərazimizdə olan bizimdir, bizim xəritədə olmayan kəndlər bizim deyil".
"Əgər bu kəndlər bizim ərazimizdə deyilsə, bəs Azərbaycan niyə Ermənistandan onları tələb edir", – sualını isə deputat belə cavablayıb:
"Hazırda bir çox məsələlər müzakirə olunur. Tələsmək lazım deyil. Məlumdur ki, Voskepara yolunun bir hissəsi onların ərazisində qalır. Bizdə Artsvaşen var. O, isə bizimdir və onların ərazisindədir. İndi müzakirə etməliyik ki, Artsvaşen hansı əraziyə dəyişdirilə bilər? Tiqranaşenlə bağlı vəziyyət də eynidir".
Natiq Səlim,
KONKRET.az

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək