Görünən odur ki, Ermənistan müharibədən çəkinmir - ƏTRAFLI

Görünən odur ki, Ermənistan müharibədən çəkinmir - ƏTRAFLICənubi Qafqazda cərəyan edən hadisələr dünyanın diqqət mərkəzindədir. Qərbin regiona can atması və Rusiyanın bölgədən sıxışdırılması planı Ermənistanın hazırkı hakimiyyətinin istəyi ilə həyata keçirilir. Deməli, Ermənistan müttəfiqinin əleyhinə işlər çevirməklə Rusiyanı öz ərazisindən çıxarmaqda maraqlıdır. Geosiyasi məsələlərdə uduzduğunu anlayan Ermənistan kommunikasiya xətlərinin açılmasında da Qərbin göstərişini yerinə yetirir.
Zəngəzur dəhlizinin işə düşməsinə mane olan güclərin əsasən kimlər olduğu göz qabağındadır. Amma Zəngəzur dəhlizinin açılmasına ən böyük əngəl törədən tərəf İrandır. Cənub qonşumuz Zəngəzur dəhlizini özünün qırmızı xətti hesab edir və bildirir ki, dəhlizin açılması İranın dövlətçiliyinə təhdiddir. Əslində İran Azərbaycan-İsrail yaxınlaşmasından narahatdır və guya İsrailin ölkəmizdə hərbi bazalarının olmasından əndişələnir.
Azərbaycan-ABŞ münasibətlərini həzm edə bilməyən, Azərbaycanın İsraillə diplomatik münasibət qurmasını faciə kimi qəbul edən İran ölkəmizə qarşı düşmən siyasətini davam etdirdikcə, Ermənistana hərbi-siyasi dəstək verir. İranın erməni sevdasının arxasında dayanan məqamlara aydınlıq gətirdikcə, molla rejiminin bütün mahiyyəti ortaya çıxır. Farslarla ermənilərin bağlılığı olsa da, hər halda müsəlmanlara qənim kəsilən bir toplumun İran tərəfindən müdafiəsi sırf molla rejiminin azərbaycanlılara olan nifrətindən qaynaqlanır. İran ərazisində yaşayan milyonlarla soydaşımızın diskriminasiyaya məruz qalması da bunun bariz nümunəsidir. Görəsən, İsrailin Azərbaycanla yaxınlaşmasına qısqanclıqla yanaşan İran qulağının dibində Ermənistanın ABŞ-la birgə hərbi təlim keçirməsinə necə reaksiya verəcək?
Ayətullaların minillik qonşu hesab etdiyi Ermənistan İranı 44 ildir sanksiyalar altında saxlayan Amerikayla təlimlərə başlayacaq. Təlimlərə cəlb olunan Amerika xüsusi xidmət orqanlarının əməkdaşları hərbi aksiya başa çatdıqdan sonra ərazini tərk edəcək, yoxsa İranın Ermənistanla sərhədinə yerləşdiriləcək? Məsələylə İran kəşfiyyatı məşğul olmalıdır deyə bunu onların öhdəsinə buraxırıq. Görünən odur ki, Ermənistan artıq Cənubi Qafqazda hərbi atmosferə təsir edəcək addımlardan çəkinmir və Rusiyaya diş qıcayır. Hindistandan aldıqları silah partiyalarını İrandan daşımaqla öz hərbi potensialını gücləndirməyi planlaşdıran düşmən ölkənin Amerikayla birgə təlim keçməsindən təkcə İran narahat olmamalıdır. Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması Ermənistan hakimiyyətinin gündəmində olan Rusiya bu hadisədən nəticə çıxarmalıdır.
Tarix boyu müttəfiqlərinə arxadan zərbə vuran ermənilərin budəfəki hədəfi Rusiya və İrandır. Rusiya ilə strateji müttəfiqlik haqqında müqavilə imzalayan Ermənistan daim İranı özünün "həyat yolu" hesab edib və molla rejimi də onlara sevgi dolu qucaq açıb. Amma ermənilərin hər iki tərəfdaşı 20-ci əsrin əvvəlində onların Osmanlı Türkiyəsinə xəyanətini unudub. Bu xəyanətkar toplum üçün ali dəyərlər yoxdur və ermənilər öz mənafeləri naminə ən yaxın müttəfiqlərinə belə xəyanətdən çəkinmirlər. Yəni Rusiyanı hədəfə alan Ermənistan bir güllə ilə iki dovşan vurur. İkinci dovşan İrandır.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 06 sentyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2026 canli apa.az xeberler valyuta mezennesi banklar cəbhədən son məlumat