Gövhər Rzayeva: "Arvad da gecə saat 4-də evə gələr?

Gövhər Rzayeva: "Bizim ailəmiz musiqiçilərdən ibarət olub. 55 ildən çoxdur ki, qarmonda ifa edirəm. Biz musiqiçilər bundan çörək qazanırıq. Sənətimdən bezməmişəm, amma bizim də canımız candır da, insan çox vaxt yorulur. Taxtanı vurursan taxta qırılır, dəmiri vurursan dəmir əyilir. Qarmon vəfalı dostumdur. O qədər dönük, əhdinə vəfasızları görmüşəm ki, təkcə qarmon mənə dönük çıxmayıb".
Bunu "Moderator"a açıqlamasında əməkdar artist Gövhər Rzayeva deyib.
"Hər gülün öz ətri var, mən özümə bu sənətdə rəqib görmürəm. Öz sözümü demişəm, bəsimdir. Bundan sonra nə etməliyəm?! Bəzən deyirlər ki, "mən Xalq artistiyəm", "mən Əməkdar artistəm". Sən həyatda adi adamsan, səhnədə Xalq artistisən. Ona görə də özünü insan kimi apar. O biri dünyada yaxandan orden, medal asmayacaqlar buna görə", - deyə Gövhər Rzayeva əlavə edib. 
Gövhər Rzayeva paxıllıq edən insanlardan uzaq gəzdiyini bildirib:
"Bəzən deyirlər ki, yaşa dolsanız da, gözəl və baxımlı qalmısınız. İnsanın gərək qəlbi gözəl, təmiz olsun. Mən paxıllıq, qeybət və dedi-qodu bilmirəm. Etdiklərin onsuz da bir gün sənə qarşı çevrilir. Ona görə də insanlarla məsafə saxlayıram ki, hörmətlə qarşılanım. Məsafə gözəl şeydir".
Qarmon ifaçısından bir müddət əvvəl müğənnilik fəaliyyətinə başlayan qızını da xəbər aldıq:
"Bu ağır sənətdir. İncəsənətdən hər adam baş çıxara bilməz. Burada köpəkbalıqları var. Gərək səbirli, hövsələli olasan. O, səbirli insan deyil. İstəmirəm də abır-həya getsin. Bu sənət onluq deyil. Bizim sənətdə çox adamlar var ki, övladlarını bu sahəyə qoymurlar. Arvad da gedib gecə saat 3-4-də evə gələr? Arvad oturub xanımlıq edər. Allah mənə imkan və güc versin, onun üçün başqa bir iş edərəm. Müğənnilik onluq deyil. Evinin xanımı olsun. Mən onu görməmişəm, heç olmasa, o görsün". / azxeber.com

Şou Biznes       Tarix: 30 yanvar 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO

"Yeraltı" serialının ulduzları Devrim Özkanla Deniz Can Aktaş sevgili olduqlarını elan ediblər. Özkan ötən gün sevgilisi ilə birgə fotosunu paylaşıb. Cütlüyün eşq etirafı gündəm olub. /

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan aktrisa Çağla Bozun narkotik testi ilə bağlı nəticə açıqlanıb. Türkiyə mediası xəbər verir ki, əməliyyat zamanı aralarında aktrisa Çağla Bozu

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke


yeni xeberler son xeberler azerbaycan xeberleri maraqlı xəbərlər oxu.az xeberler zelzele bu gunun xeberleri haqqinda melumat