Göyçay Peşə Liseyində 77 tələbə xaric edildi - Direktor müavini və baş mühasib işdən çıxarıldı
Göyçay Peşə Liseyindən bir sıra tələbə dərslərdə davamlı iştirak etmədiyi üçün liseydən xaric edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Apa-nın sorğusuna cavab olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, 2024-cü ilin 4-7 iyun tarixlərində agentlik Göyçay Peşə Liseyində tədrisin təşkili vəziyyətinə, tələbələrin dərslərə davamiyyətinə baxış keçirib.
" Monitorinq zamanı tələbələrin davamiyyəti yoxlanılarkən 77 nəfər tələbənin uzun müddət heç bir səbəb göstərmədən dərslərdə iştirak etmədiyi məlum olub. Araşdırmanın nəticəsi olaraq, həmin tələbələrin dövlət buraxılışı imtahanı nəticələri ləğv edilərək liseydən xaric ediliblər".
Qeyd edək ki, liseyin direktor vəzifəsini icra edən direktor müavini Günel Əhmədova və baş mühasibi Laçın Vəliyevin əmək müqaviləsinə xitam verilib.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi