Göyçaydan paytaxta narkotik aparmaq istəyən şəxslər SAXLANILDI

Göyçaydan paytaxta narkotik aparmaq istəyən şəxslər SAXLANILDIGöyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib. Nəticədə 6 nəfər tutularaq istintaqa cəlb edilib, 3 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Goranboy rayon sakinləri – əvvəllər də törətdiyi cinayətlərə görə bir neçə dəfə məhkum olunmuş Natiq Şahmuradov və qonşusu Ramin Qasımov saxlanılıb. Onların üzərinə keçirilən baxış zamanı Natiq Şahmuradovdan 1 kiloqramdan artıq marixuana, 840 qram tiryək, yarım kiloqrama yaxın heroin, eləcə də 87 qram metamfetamin aşkar edilib. Araşdırma zamanı Natiq Şahmuradovun xarici ölkə vətəndaşına narkokuryerlik etdiyi məlum olub. Belə ki, o, pul qarşılığında qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilən narkotik vasitələri respublikamızın şəhər və rayonlarına paylanılmasını təşkil edib. Sonuncu dəfə isə Ramin Qasımova məxsus avtomobillə Goranboydan Göyçaya gələn dostlar burada onlara deyilən ərazidən narkotik vasitə və psixotrop maddələri götürərkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıblar.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə narkotik vasitələrin saxlanılmasında və daşınmasında şübhəli bilinən daha 4 nəfər, əvvəllər də eyni əmələ, eləcə də digər cinayətlərə görə məhkum olunmuş rayon sakinləri-Elvin Quliyev, Rövşən Abdullayev, Adil Qasımov və Kənan Nəbiyev saxlanılıb. Onlardan müxtəlif növ narkotik vasitələr-marixuana, heroin, metamfetamin və psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb. İstintaq zamanı saxlanılanlardan Elvin Quliyevin digər cinayət əməlinin də üstü açılıb. Belə ki, onun yaxın qohumunun evindən 680 manat pul oğurladığı da məlum olub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılanların ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hadisə       Tarix: 21 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

Naxçıvanda avtomobil piyadanı vurdu

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı "AzSamand"

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbə

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emil" və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğ

Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı

Biləsuvar rayonunda əlverişsiz hava şəraiti elektrik enerjisinin verilişində fasiləyə səbəb olub. xəbər verir ki, ildırım elektrik dayağının izolyatorunu vurub. Nəticədə elektrik təchizatında yaranan problem səbəbindən rayonu

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər. xəbər verir ki, bununla bağlı "Real TV" görüntülər yayımlayıb


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu gun son xeber cebheden xeberler son xeberler azerbaycan