Göyçə mahalında erməni qadın özünü GÜLLƏLƏDİ - Əri döyürmüş
Göyçə (Geqarkunik) mahalında erməni kişi həyat yoldaşını intihara sürükləməkdə ittiham olunub.
KONKRET.azxəbər verir ki, bu barədə informasiyanı Ermənistanın İstintaq Komitəsi yayıb.
Qeyd olunur ki, avqustun 13-də Basarkeçər (Vardenis) rayonunun kəndlərindən birində 36 yaşlı qadının meyitinin yaxınlıqda "Makarov" tapançası aşkar edilib.
Əməliyyat məlumatları işlənərkən faciənin bəzi təfərrüatları aydın olub. Müstəntiqlərin fikrincə, ər vaxtaşırı arvadını döyüb, alçaldıb, şərəf və ləyaqətini təhqir edib, təzyiq göstərib, ruhi iztirab və ağrılar verib.
Kişi hüquq-mühafizə orqanlarına müraciət edəcəyi təqdirdə zorakılıqla hədələyib. Depressiyaya düşən arvad "Makarov" tapançası ilə özünü güllələyib.
Daxil olan məlumat əsasında onun ərinə qarşı ittiham irəli sürülüb.
Natiq Səlim,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi