Gözlər Azərbaycana dikilib: Ərdoğan və Əliyev Bakıdan dünyaya hansı MESAJLAR VERƏCƏK? - ÖZƏL
Rəcəb Tayyib Ərdoğanın Türkiyə prezidenti seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana etməsi dünyanın diqqət mərkəzindədir. İndi gözlər rəsmi Bakıya, Əliyev və Ərdoğanın görüşünə, eləcə də iki liderin müzakirə edəcəyi mövzulara dikilib. Təbii ki, bu görüşdə bir sıra mövzuların müzakirə olunacağı və dünyaya mühüm mesajların veriləcəyi gözlənilir.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ərdoğanın Azərbaycana səfəri iki dövlət arasındakı qardaşlıq əlaqələrinin bariz nümunəsidir:
"Ərdoğanın prezident kimi ilk rəsmi səfərini Azərbaycana etməsi həm də Türkiyə dövlətinin öz ənənələrinə sadiqliyinin göstəricisidir. Bu səfər dünya və region ölkələri üçün bir mesajdır. Ən böyük mesaj Türkiyə-Azərbaycan əlaqələrinin yeni bir nizam müstəvisində uğurla inkişaf etdiyini dünyaya göstərməkdir. Tərəflər Şuşa Bəyannaməsi və digər imzalanan müqavilələr əsasında münasibətlərin inkişaf etdirilməsində daha prinsipial mövqeyə malikdirlər. Xüsusilə Ərdoğanın formalaşdırdığı yeni kabinetin üzvlərinin Azərbaycana gəlməsi çox böyük əhəmiyyət daşıyır.
Çünki yeni hökumət üzvlərinin demək olar ki, hamısı strateji beyinə malikdir və Türkiyənin regionda, eləcə də dünyada mövqelərinin gücləndirməsi istiqamətində yeni konsepsiya hazırlamağı qarşıya məqsəd qoyub. Azərbaycan da məhz ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində bu hökumətlə kordinasiyalı şəkildə fəaliyyət göstərəcək. Odur ki, Türkiyənin yeni hökuməti ilə Azərbaycan arasındakı əlaqələri yeni mərhələnin başlanğıcı kimi xarakterizə etmək olar".
Politoloqun sözlərinə görə, Ərdoğanın Azərbaycan səfəri həm Rusiya, həm İran, həm də Ermənistanda diqqətlə izlənilir:
"Bu dövlətlərin Azərbaycana qarşı mövqeyində mənfi siyasi çalarlarının olması heç kimə sirr deyil. Təbii ki, Ərdoğanın ölkəmizə səfəri, Azərbaycan və Türkiyə arasındakı kordinasiyalı fəaliyyət adıçəkilən ölkələrin rəsmi Bakıya qarşı mənfi siyasətinin neytrallaşdırılmasında mühüm rol oynayacaq. Ümumiyyətlə, tərəflər arasında bir sıra məsələlərin müzakirəsi gözlənilir. Azərbaycan və Ermənistan arasında sülh perspektivlərinin, Ankara və İrəvan arasında sərhədlərin açılmasının, Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsinin və Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılmasının əsas müzakirə mövzusu olacağını düşünürəm. Həmçinin Türk dövlətlərinin iqtisadi-siyasi inteqrasiyası və bu istiqamətində atılan addımlar müzakirə predmeti olacaq. Geoiqtisadi proseslərə diqqət yetirsək Zəngəzur dəhlizinin açılması, enerjinin Avropaya daşınması və digər məsələlər də Ərdoğan-Əliyev arasındakı görüşdə müzakirə mövzusuna çevrilə bilər. Bir sözlə, bu səfər Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni bir müstəviyə keçməsinə, eləcə də iki dövlətin siyasi-iqtisad və hərbi sahədə inkişafına çox mühüm töhfə verəcək".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi