Gözünüz ağrıyırsa, bunları edin

Gözünüz ağrıyırsa, bunları edinKompüter qarşısında çox işləyənlərin əksəriyyəti göz yorğunluğundan əziyyət çəkir. Çox işlədikdən sonra göz ağrıyır, sulanır, göynəyir.
KONKRET.az xəbər verir ki, göz yorğunluğu aradan qaldırılmalıdır. Əks halda gözdə daha ciddi xəstəliklər yarana bilər. Bunun üçün aşağıdakıları hər gün edə bilərsiniz:
1. «Kəpənək». Kirpiklərinizi tez-tez bir-birinə vurun, yəni, gözlərinizi qırpın. Məlumdur ki, monitor qarşısında gözlər tənbəlləşir və az qırpılır, bu isə görmə qabiliyyətinə zərər yetirir.
2. «Yuxarı-aşağı». Başınızı dik tutun. Düz qarşınıza baxın. Ağır-ağır nəzərinizi tavana qaldırın, bir-iki saniyə ləngidin, sonra döşəməyə baxın və yenə də ləngidin. Çalışmanın yerinə yetirilməsi zamanı başınız hərəkətsiz olmalıdır.
3. «Kəfkir». Başınızı dik tutun. Düz qarşınıza baxın. Əvvəlcə sola, sonra ağır-ağır nəzərinizi sağa yönəldin. Başınız hərəkətsiz olmalı, yalnız gözləriniz işləməlidir. Çalışmanın yerinə yetirilməsi zamanı göz almacıqları əzələlərinin vəziyyətinə diqqət yetirin, gərginliyə yol verməyin!
4. «Səkkiz». Başınızı dik tutun. Düz qarşınıza baxın. Təsəvvürünüzdə maksimal ölçüdə üz nahiyəniz  hüdudlarında  üfüqi səkkiz rəqəmini (yaxud, sonsuzluq işarəsi) canlandırın və onu süzgün şəkildə  gözləriniz ilə təsvir edin.   Hərəkəti bir neçə dəfə bir, sonra isə o biri tərəfə təkrar edin. Sonra tez-tez gözlərinizi qırpın.
5. «Siferblat». Gözləriniz önündə qızılı rəngli böyük siferblat təsəvvür edin (alimlər hesab edir ki, məhz bu rəng görmə qabiliyyətinin bərpasına kömək edir).  Başınızı hərəkətsiz saxlayaraq, göz almacıqları ilə dairəvi hərəkətlər yerinə yetirin.
6. «Karandaş». Karandaşı irəli uzanmış  sağ əlinizə götürərək, gözlərin səviyyəsinə qaldırın. Karandaşın ucuna baxaraq, əlinizi aramla sağa, sonra isə sola aparın. Bu zaman başınızı tərpətmədən,  əşyanı gözləriniz ilə izləyin.
7. «Gözəl  uzaqlıq». Pəncərəyə yaxınlaşaraq, uzaqlara baxın, sonra isə nəzərinizi burnunuzun ucuna yönəldin – bu, göz əzələsini məşq etdirir. Hərəkəti bir neçə dəfə təkrar edin.
8. «Geniş bağlanmış gözlər ilə». Gözlərinizi yumaraq, xəyali dairə, sonra üfüqi səkkiz rəqəmi, sonra isə xaç təsvir edin.
9. «Gözübağlıca». Bir neçə dəfə gözlərinizi sıxaraq, bərk bağlayın, sonra sadəcə yumun və 20-30 saniyə əyləşin.
10. «Masaj». Qulaqlarda bu və ya digər orqana təsir edə bilən böyük sayda nöqtələr mövcuddur. Belə ki, mərcəyi stimulyasiya etməklə, dolayısı ilə görmə qabiliyyətinə təsir edirik.
Gözlərin iltihablaşması və yorğunluğu səbəbləri arasında yalnız sənədlərlə, yaxud, kompüter arxasında aparılan iş deyil, həmçinin kosmetik vasitələr, siqaret tüstüsü, zəif, yaxud, güclü işıqlandırma, şüalanma, əlvan boyalar da ola bilər.  Görmə qabiliyyətinin bərpası üçün gözlərə dinclik, istirahət lazımdır.
Gözlərin iltihablaşması və yorğunluğunu aradan qaldırmaq üçün əlaltı vasitələrdən istifadə edin: gözaltı dəri üzərinə buz parçaları, yaxud, soyuq su ilə isladılmış dəsmal qoyun; göz qapaqlarını təzə xiyar şirəsi ilə isladın; gözlərin üzərinə çobanyastığı, yaxud, adi çaydan hazırlanmış kompres edin; növbə ilə sürvə cövhəri ilə isladılmış soyuq və isti pambıq tamponları qoyun   (1 ç.q. yarım stəkan qaynar suya), sadəcə doyunca yuxu alın.//Axşam.az

Sağlamlıq       Tarix: 10 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal xeberler siyaseti xeberler bugun son xeber 2026 son.xeber