Güclənən İKİ QARDAŞ: Azərbaycan-Özbəkistan münasibətləri nələr vəd edir?

Güclənən İKİ QARDAŞ: Azərbaycan-Özbəkistan münasibətləri nələr vəd edir?Azərbaycan türk dünyası ilə münasibətlərə xüsusi önəm verir. Türkiyə ilə müxtəlif sahələrdə əməkdaşlıq bu gün ən yüksək səviyyədədir. Türk Dövlətləri Təşkilatı çərçivəsində digər türkdilli ölkələrlə əlaqələr hər keçən gün yeni müstəviyə qədəm qoyur. Azərbaycan türk dünyasında sarsılmaz nüfuzu ilə seçilən ölkələrdən biridir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Prezident seçildikdən sonra ilk səfərini məhz Azərbaycana etməsi buna dəlalət edir. Bu səfər iki xalq arasında möhkəm dostluq və qardaşlıq bağlarının olduğundan xəbər verir. Bu qan bağı iki ölkəni siyasi, iqtisadi, strateji sahədə yaxın əməkdaşa çevirəcək başlıca amil rolunu oynayır.
KONKRET.az xəbər verir ki, Azərbaycanla Özbəkistan arasında diplomatik münasibətlərin təməli 1995-ci ildə qoyulub. Günümüzdə bu münasibətlər yeni mərhələdə davam etməkdədir. Səfər çərçivəsində əldə olunan yeniliklər bunu deməyə əsas verir. Görüşlər zamanı dövlət başçıları bir sıra mühüm məsələləri müzakirə etdi, vacib sənədlər imzalandı, iqtisadiyyat, energetika, nəqliyyat, qarşılıqlı ticari fəaliyyət və humanitar sahələrdə fikir mübadiləsi aparıldı, gələcək perspektivlər müəyyən edildi.
Özbəkistan Azərbaycanın yanında olduğunu 44 günlük Vətən müharibəsində də göstərdi. Mənəvi dəstək həmin dövrdə hava, su qədər vacib idi. Bu dəstək qələbədən sonra da davam etməkdədir.
Özbəkistan prezidenti Azərbaycana səfəri çərçivəsində azad edilmiş Qarabağ torpaqlarında oldu. Şavkat Mirziyoyev Qarabağa səfər edən ikinci türk dövləti başçısı idi. Prezident Füzulidə şəxsi təşəbbüsü ilə tikilən məktəbin açılışında iştirak etdi. Bu onun Qarabağda quruculuq işlərinə böyük önəm verdiyinin göstəricisidir. Öz növbəsində Azərbaycan da Cənubi Qafqazın mühüm dövləti kimi regionda Özbəkistanın əsas tərəfdaşı ola bilər.
Güclənən İKİ QARDAŞ: Azərbaycan-Özbəkistan münasibətləri nələr vəd edir?Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü deputat Sabir Rüstəmxanlı deyir ki, tarix boyu iki xalq arasında yaxın münasibətlər mövcud olub, bu gün də bu yaxınlıq dövlətlər səviyyəsində davam edir: 
"1937-ci ildə repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistana sığındı. Bu gün 40 mindən çox soydaşımız Özbəkistanda sosial, ictimai, iqtisadi və digər sahələrdə fəal iştirak edir. Müstəqillik qazandıqdan sonra Azərbaycan – Özbəkistan əlaqələri həm ikitərəfli müstəvidə, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurla inkişaf etməkdədir. "Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə" sənədi, iqtisadiyyat, rəqəmsal inkişaf və nəqliyyat, energetika, mədəniyyət sahələrində digər mühüm sənədlər imzalandı. Bu sənədlər sözügedən sahələrdə əməkdaşlığın inkişafına təkan verəcək. Müxtəlif sahələrdə əlaqələrin inkişaf etməsi və yeni əməkdaşlıq perspektivləri iki ölkə arasında bağları möhkəmləndirir".
Deputat qeyd edib ki, Özbəkistan Mərkəzi Asiyanın mühüm dövlətidir, o, sürətli inkişafı ilə seçilir:
Güclənən İKİ QARDAŞ: Azərbaycan-Özbəkistan münasibətləri nələr vəd edir?"Özbəkistanın böyük iqtisadi potensialı var. Azərbaycan – Özbəkistan əməkdaşlığı hər iki ölkənin xeyrinədir. Azərbaycanla Özbəkistan arasında sıx dostluq və qardaşlıq bağları Türk Dövlətləri Təşkilatının da dayaqlarının möhkəmlənməsinə və onun beynəlxalq təşkilatlar arasında nüfuzunun artmasına zəmin yaradacaq".
Azərbaycanla Özbəkistan arasında iqtisadiyyatın inkişaf perspektivləri barədə isə iqtisadçı Eldəniz Əmirov danışıb. O, bildirib ki, iki ölkə arasında olan ticarət dövriyyəsi hələ ki mövcud potensialın kiçik bir hissəsini əhatə edir:
"Son 6 ilin dinamikasına baxdıqda ticarət dövriyyəsində 1200 faiz artım görürük. Azərbaycanın 200-dən artıq ticarət tərəfdaşı var. Özbəkistandan başqa heç bir ticarət tərəfdaşı ilə aramızda belə artım dinamikası yoxdur. Bu ölkə ilə 15,3 milyon dollarlıq ticarət dövriyyəsi ötən il 183,3 milyona qədər yüksəlib. Müxtəlif istiqamətlərdə davam etdirilən əməkdaşlıq potensialı artırmağa imkan verəcək. Hər iki ölkənin energetika nazirləri arasında imzalanmış strateji yol xəritəsi – hansı ki, orada 14 istiqamət öz əksini tapıb, biznes forumlar, SOCAR prezidentinin Özbəkistanın energetika naziri ilə görüşü, bu ölkədəki enerji resurslarından Azərbaycanın istifadəsilə bağlı əməkdaşlıq ticarət dövriyyəsini daha da artırmağa əlverişli mühit yaradacaq".
Güclənən İKİ QARDAŞ: Azərbaycan-Özbəkistan münasibətləri nələr vəd edir?Eskpert qeyd edib ki, Özbəkistan bir çox sahələrdə Azərbaycandan geri qalır:
"Yerli təcrübənin orada tətbiqinə ehtiyac var. Özbəkistan Mərkəzi Asiyanın tam mərkəzində yerləşir, türk dünyasının Orta Asiyaya inteqrasiya prosesində Azərbaycan vasitəçi rolunu oynamaqdadır, Özbəkistan da bu prosesdə əsas tərəfdaş kimi çıxış edir".//Demokrat.az

Siyasi       Tarix: 26 avqust 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan sabah ABŞ-yə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-yə səfər edəcək. xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Qeyd olunub ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasını

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan və Almaniya ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlara malikdir. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

Putin Paşinyanı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanı Müstəqillik Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında məlumat yayılıb. "Hörmətli Nikol Vovayeviç

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığ

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

1990-cı illərdən 2023-ə: Qarabağda suverenliyin bərpasına gedən yol – TƏHLİL

1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti nəticəsində ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi işğal olunub, yüz minlərlə Azərbaycan vətəndaş


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən canlı cəbhədən ən son xəbər cəbhədən xəbərlər cəbhədən son xəbər