Güclü külək: Təyyarələr enə bilmədi, gəmi ilə əlaqə kəsildi

Güclü külək: Təyyarələr enə bilmədi, gəmi ilə əlaqə kəsildiTürkiyə ərazisində davam edən əlverişsiz hava şəraiti bir çox fəsadlar törədib.
KONKRET.az xəbər verir ki, noyabrın 18-də ölkənin bütün vilayətlərində hava anidən kəskin dəyişib, güclü küləklə müşayiət olunan leysan, qar yağır.
Güclü külək səbəbindən Qara dənizdə Türkiyə bayrağı altında üzən "Kafkametler" adlı gəmi ilə əlaqə kəsilib.
Məlumata görə, göyərtəsində 12 nəfərlik heyətlə Rusiyadan İzmirin Əliağa limanına yük daşıyan gəmi Qara dəniz bölgəsində fırtına səbəbindən Ereğli limanına sığınıb. Burada lövbər sala bilməyərək, yenidən hərəkətə keçən gəmi ilə limandan ayrıldıqdan qısa müddət sonra əlaqə kəsilib.
Hazırda gəminin axtarışları davam edir.
Güclü külək səbəbindən, həmçinin İstanbula nəzərdə tutulan bir çox təyyarə reysləri, eləcə də şəhərlərarası və şəhərdaxili dəniz səfərləri təxirə salınıb.
Əsən fırtına binaların və evlərin dam örtüklərini uçurub, ağacları kökündən qoparıb. Bəzi bölgələrdə istinad divarları aşıb.
Yağan leysan yağışı səbəbindən İstanbulun Şile bölgəsində dərə daşıb. Nəticədə evləri və iş yerlərini su basıb. Bununla bağlı son iki gün ərzində İstanbul Böyükşəhər Bələdiyyəsinə 3400-ə yaxın müraciət olub.
Eyni mənzərə şəhərin müxtəlif bölgələrində də müşahidə edilib.
Panama bayrağı altında üzən və Zonquldağ vilayətinin Ereğli limanında lövbər salan quru yük gəmisi fırtına səbəbindən iki hissəyə bölünüb. Gəminin sahilə doğru hərəkət edən hissəsi limanın beton divarlarına çırpılaraq sahildəki amfiteatra zərər vurub.
Gəmi heyəti təxliyə edilib.
Qara dənizdə suyun səviyyəsinin yüksəlməsi səbəbindən Zonquldağda yerləşən bir cəza evindəki məhkumlar təxliyə edilib.
Yağan leysan yağışı Mərmərə dənizində də suyun səviyyəsini artırıb, nəticədə Yalova vilayətinin Çınarcık rayonunun sahilyanı ərazilərini su basıb.
Yalovanın Delmece yaylasında isə qarın hündürlüyü 15 santimetrə çatıb.
Bəzi bölgələrdə elektrik enerjisinin verilişi dayandırılıb.
Güclü qar ölkənin müxtəlif yerlərində magistral yollarda çətinliklər yaradıb.
Hidrometeoroloqlar ölkə ərazisində əlverişsiz hava şəraitinin daha bir neçə gün davam edəcəyini proqnozlaşdırır.

Hadisə       Tarix: 19 noyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Türkiyənin 7 vətəndaşına qarşı cinayət işi açıb ki, onlardan da biri Fateh Tezcandır. -a istinadən xəbər verir ki, Fateh Tezcan 1976-cı ildə İstanbulun Bakırköy rayonunda anadan olub

Tovuzda 46 yaşlı kişini maşın vurdu

Tovuzda piyadanı maşın vurub. xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Asif Ələsgərovu avtomobil vurub. Piyadanın vəziyyəti ağır qiymətləndirilir. Hadis

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

Goranboyda "Changan" kişini vurub öldürdü

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Changan" markalı mini

Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi

Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşl

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində

Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var

Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. -ya istinadən xəbər verir ki, Əhmədli metrostansiyasının qarşısında "BMW" və "Hyundai" markal

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim. İndi yəqin ki, barmağınızı gicgahınızd


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezenesi idman xeberleri cəbhədən son vəziyyət bugünki xəbərlər