Güclü lider, düşünülmüş siyasət, ədalətin təntənəsi

Güclü lider, düşünülmüş siyasət, ədalətin təntənəsiAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi suverenliyimizin tam bərpa olunmasından, xüsusən də Xankəndi Zəfərindən sonra hər birimizin arzusu idi. Çünki yeni tarixi reallığı, yeni tarixi mərhələni yaşayırıq. Ən böyük reallıq Qarabağın tam azad olunması, Qarabağdan separatizmin, terrorizmin təmizlənməsi və cənab Prezidentin təbirincə desək, tarixin zibilliyinə atılmasıdır. 
Bu gün ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanda son 20 illik fəaliyyətə nəzər salsaq, bu 20 ildə haradan-haraya gəldiyimizin çox açıq mənzərəsi görünür. Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etdi. Elə ona görə də, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi.
Azərbaycan 2024-cü ilə böyük uğurlarla qədəm qoydu. Ötən 2023-cü il Azərbaycanın tarixinə növbəti uğurlu dövr kimi həkk olundu. Ötən il respublikamızda iqtisadi və sosial sferada mühüm nailiyyətlər əldə edildi. ən başçığası isə Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Ağdərə, Əskəran və Xocavənddə Azərbaycanın Dövlət Bayrağı ucaltdı. 
Azərbaycan xalqı tarixi anları yaşayır. Siyasi müstəqilliyini qazanan xalqımız 30 il işğal atlında qalan torpaqlarını erməni vandallarından təmizləməklə ərazi bütövlüyünü də tam bərpa etdi. Epoxal hadisənin miqyasını və qiymətini dəyərləndirmək indi asan məsələ deyil. Amma birmənalı şəkildə demək olar ki, böyük güclərin maraqlarının kəsişməsinə baxmayaraq, Azərbaycan Cənubi Qafqaz regionunun çox önəmli aktoru olaraq milli maraqlarını qorumaqla yanaşı, xoşniyyətli dövlətlərarası əlaqələrin inkişafına da töhfəsini verir.
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində jurnalistlərin ötən müddətdə Azərbaycanda iqtisadi, sosial sahələrdə görülən işlərə, növbədənkənar Prezident seçkilərinə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.
2023-cü ilin nəticələrinə dair təhlillər ictimai maraq doğurur. Xüsusilə də 2023-cü il gündəmdə ilk növbədə müharibədən sonrakı vəziyyət dayanır. Ötən il Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdi və Qarabağdakı erməni separatizmini arxivin zibilliyinə atdı. Bundan başqa, ötən il Azərbaycan 30 illik işğalın nəticələrini aradan qaldırmaqla yanaşı, Ermənistanla sülh prosesinin davam etdirilməsinə də çalışdı.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu tarixi hadisə ilə bağlı bildirdi ki, "İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi". Dövlət başçısının sözlərinə görə, bu gün Azərbaycan xalqı 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayır: "Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayıb". Bundan başqa, rəsmi Bakı 2023-cü ildə də davam edən bəzi qeyri-regional dövlətlərin destruktiv fəaliyyətlərinə də adekvat cavab verdi, heç bir halda milli maraqlara zidd olan hərəkətlərə yol verməyəcəyini əməli addımları ilə nümayiş etdirdi.
Ümumiyyətlə, dövlət başçısı müsahibəsində geniş arealı əhatə edən önəmli mesajlar verdi. Postmüharibə dövrünün reallıqlarını qəbul etmək istəməyən və hər fürsətdə Azərbaycana qarşı destruktiv addımlar atmağa can atan qeyri-regional ölkələrə yerini göstərdi.
Ölkə rəhbəri birmənalı şəkildə bildirdi ki, Azərbaycan sülh gündəminə sadiqdir, ancaq milli maraqlarına hər hansı bir təhlükə hiss edərsə, adekvat tədbirlər görməkdən çəkinməyəcək. Belə bir təhlükənin də haradan gəldiyini gizlətməyən Prezident aydın şəkildə xəbərdarlıq etdi ki, Ermənistanı yeni müharibəyə həvəsləndirən Fransanın geosiyasi ambisiyaları olduqca cılız görünür: "Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum".
Azərbaycan xalqı gücünü öz liderindən alır. Lider isə xalqına arxalanır, bunu dəfələrlə bəyan edən ölkə başçısı bir gerçəyi də dilə gətirdi: "Mən hesab edirəm ki, gücümüzün əsas mənbəyi haqlı olmağımızdır. Çünki biz haqlıyıq və istənilən auditoriyada, istənilən tədbirdə öz haqlı olmağımızı sübut etmək üçün kifayət qədər əsaslarımız var".
2024-cü ildə haqlı və güclü Azərbaycan isə beynəlxalq müstəvidə daha böyük hədəflər uğrunda əzmlə çalışır.
Naftalan Şəhər sakini: Kəmalə Hüseynova / azxeber.com

Siyasi       Tarix: 14 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Krım təcrid olunur? – Rusiya üçün təhlükəli ssenari

Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadası və Sevastopolda fövqəladə vəziyyətin elan olunması Rusiya–Ukrayna müharibəsinin gedişində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Xüsusilə enerji və yanacaq infrastrukturun

Venesuelada şiddətli zəlzələ: Trampdan ilk açıqlama

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesuelada baş verən zəlzələnin nəticələrinin aradan qaldırılmasına yardım etməyə hazır olduğunu bildirib. KONKRET.azxəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib

Tramp İranı atəşkəsi pozmaqda ittiham edib

İran İslam Respublikası Hörmüz boğazından keçən gəmilərə ən azı dörd dəfə dronla hücum edib. KONKRET.azxəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb. Onun sözlərinə görə, dronlarda

İrandan daha bir Hörmüz açıqlaması

Hörmüz boğazından təhlükəsiz keçid qeyri-müəyyən planlar, alternativ marşrutlar və ya sahilyanı dövlət kimi İranın fikirləri nəzərə alınmadan qəbul edilən qərarlar vasitəsilə təmin oluna bilməz. KONKRET.azxəbər verir ki

Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton görüşüb. xəbər verir ki

Paşinyan Ukraynanın bərpasına... "Kiyev" körpüsündən başladı - FOTOLAR

24–25 iyun tarixlərində Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Forumunda iştirak edən Ermənistanın Rusiyanın təcavüzündən əziyyət çəkən ölkə ilə bağlı hansı addımlar atacağı suallar doğururdu. Üstəlik, Azərbayca

Tokayev və Japarov "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Qazaxıstan Prezidentini

Maqdalena Qrono Azərbaycan rəsmiləri ilə danışıqlarda müzakirə olunan məsələləri açıqlayıb

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Bakıya səfəri zamanı Azərbaycan rəsmiləri ilə görüşlərində regional prosesləri, Aİ-Azərbaycan münasibətlərini, eləcə də Azərbayca

Krımda fövqəladə vəziyyət elan edildi

Krım və Sevastopolda fövqəladə vəziyyət elan olunub. axaraz-a istinadən xəbər verir ki, bunu Krımın rəhbəri Sergey Aksenov Teleqram kanalında yazıb. "Sevastopol şəhərinin qubernatoru Mixail Razvojayevlə birgə Krım v


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbərlər xeberler az ən son xəbər ensonxeberler