Güləş üzrə Azərbaycan çempionatları bu şəhərdə keçiriləcək
Fevralın 3-dən 13-dək Gəncədə növbəti güləş festivalı baş tutacaq.
KONKRET.az xəbər verir ki, 3-7 fevralda yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatı, növbəti gün qadın güləşi üzrə U-15 və U-17 ölkə birinciliyi, 9-13 fevralda isə yunan-Roma və sərbəst güləş üzrə U-17 Azərbaycan çempionatı Gəncə İdman Sarayında keçiriləcək.
11 gün davam edəcək yarışlar Dünya Güləş Birliyinin (UWW) reqlamentinə uyğun təşkil ediləcək. Görüşləri yerli (beynəlxalq və milli dərəcəli) hakimlərlə yanaşı, ölkə xaricindən dəvət edilmiş ən ali (I-S) kateqoriyaya sahib referilər idarə edəcək.
Çempionatlarda ilk "3-lük"də yer alan güləşçilər müvafiq milli komandaların tərkibini formalaşdıracaq. U-20 Azərbaycan çempionatının açılış mərasimi 3 fevral 17:00-da, U-17 yaş qrupunda analoji yarışın açılış mərasimi isə 9 fevral 17:00-da başlayacaq. Azarkeşləri maraqlı sürprizlərin gözlədiyi yarışlarda gündüz seansı 10:00-da, həlledici qarşılaşmaların keçiriləcəyi axşam seansı isə 17:00-da start götürəcək.
Xatırladaq ki, Gəncə İdman Sarayı ötən il güləş üzrə U-15 ölkə birinciliyinə də ev sahibliyi edib.

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA