Gülnar Məmmədova dünya kubokuna qələbə ilə başladı
Rusiyanın Soçi şəhərində start götürən dünya kubokunda Azərbaycan şahmatçıları mübarizəyə başlayıblar.
Publika.az xəbər verir ki, kişilərin yarışında yüz iyirmi səkkizdəbir final mərhələsindən Vasif Durarbəyli mübarizəyə qoşulub. V.Durarbəylinin bu mərhələdə Finlandiyanı təmsil edən Dmitri Sklyarovla qarşılaşması heç-heçə ilə başa çatıb. Kişilərin yarışında Şəhriyar Məmmədyarov və Nicat Abasov altmış dörddəbir final mərhələsindən mübarizəyə başlayacaqlar.
Qadınların yarışına gəlincə, altmış dörddəbir finalda Türkan Məmmədyarova kubalı Tereza Ordaz Valdez ilə heç-heçə edib, Gülnar Məmmədova estoniyalı Mai Narvaya qalib gəlib, Ülviyyə Fətəliyeva isə hindistanlı Raut Padminiyə uduzub.
Qadınların yarışında dördüncü təmsilçimiz, Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadə isə mübarizəyə otuz ikidəbir final mərhələsindən qoşulacaq.
Qeyd edək ki, dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada