"Günay Sığorta"nın Ləğvetmə Komissiyası yaradıldı
Azərbaycan Mərkəzi Bankının iyunun 24-də lisenziyasını ləğv etdiyi "Günay Sığorta" ASC-nin 3 nəfərdən ibarət Ləğvetmə Komissiyası yaradılıb.
azxeber.com report-a istinadən xəbər verir ki, bunu Komissiyanın sədri, hüquqşünas Əkrəm Həsənov şirkətin müştərilərinə və kreditorlarına müraciətində bildirib.
Onun sözlərinə görə, Komissiya 1 il ərzində "Günay Sığorta"nın fəaliyyətinə rəhbərlik edərək ləğv prosesini bitirəcək:
"Şirkətin müştəriləri (sığortalıları və s.) və digər kreditorları qarşısında bütün öhdəliklər tam və vaxtında icra ediləcək. Bunun üçün artıqlaması ilə vəsait mövcuddur. Yəni, "Günay Sığorta" müflis deyil (əks halda, könüllü ləğv mümkün olmazdı). Belə ki, şirkətin likvid aktivləri 9,31 milyon manat, öhdəlikləri isə 7,5 milyon manat təşkil edir. Beləliklə, aktivlərin ümumi bazar dəyəri onun öhdəliklərindən 1,81 milyon manat çoxdur. Buna görə də müştərilər və kreditorların maraqları baxımdan narahatçılıq üçün heç bir əsas yoxdur. Ləğvetmə prosesi şəffaf və qanuna uyğun şəkildə həyata keçiriləcək, ictimaiyyətə vaxtaşırı məlumatlar veriləcək".
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib