Günaydan Tünzaləyə: "Bu qədər açıqlıq lazım deyil
Şou biznesin ən zövqlü geyinən xanımlarından olan Günay İbrahimli "Xəzər axşamı" verilişində qonaq olub.
azxeber.com xəbər verir ki, öz brendini yaradaraq fərqli geyimlər dizayn edən İbrahimli sənət yoldaşlarının geyimlərini şərh edib.
İlk olaraq ekrana Xalq artisti Aygün Kazımovanın fotosu gəlib. Günay, Aygün xanımın pərəstişkarı olduğunu, hər zaman zövqlü geyimlər geyindiyini deyərək onun qüsursuz olduğunu vurğulayıb.
Daha sonra sıra Şəbnəm Tovuzluya gəlib. Günay şəxsi tanışlıqlarının olduğuna diqqət çəkərək: "Çox yaxşı qızdır. Amma geyimlərini həmişə səhv seçir. Onun ayaq hissələri əzələlidir. Gərək dar və parıltılı paltarlar geyinməsin. Bunlar onu olduğundan kök göstərir" deyə həmkarına məsləhət verib.
Günaydan ən maraqlı şərh isə xalq artisti Tünzalə Ağayevanın gündəm olan transparan geyiminə gəlib:
"Tünzalə xanıma hörmətim var, amma burada heç geyim yoxdur ki. Olur da arada, mənim də o qədər uğursuz geyimlərim olub ki. Ümumiyyətlə bu qədər açıqlıq lazım deyil. Qadın nə qədər qapalı geyinsə, bir o qədər gözəl görünür".
Sonda İbrahimli bildirib: "Yəqin ki, heç birisi məndən inciməz. Hamısı mənim sənət dostlarımdır. Amma burada reallıqdan danışdıqsa mən də subyektiv fikrimi dedim. Yalandan desəm ki, bəyəndim, onsuzda bunu tamaşaçı üz mimikamdan anlayacaq ki, yalandır".
Aysel

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var