Günəş tutulmasına açıq gözlə baxdılar, kor oldular
Türkiyənin Van bölgəsində günəş tutulmasını adi gözlə izləyən uşaqların da olduğu 10 nəfərdə görmə itkisi baş verib.
azxeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Günəşə açıq gözlə baxan vətəndaşlar bir neçə saatdan sonra bulanıq görmədən şikayətlənməyə başlayıblar.
Bütün dünyanın diqqətini çəkən təbiət hadisəsindən sonra Vanda 10 nəfər xəstəxanaya yerləşdirilib.
Məsələ ilə bağlı açıqlama verən Oftalmoloq Dr. Yusuf Evcimen bir neçə gün əvvəl Günəş tutulması zamanı arzuolunmaz halların yaşandığını bildirib.
O, bir neçə gün ərzində xəstəxanaya müraciət edən və aralarında uşaqların da olduğu 10 nəfərin görmə qabiliyyətinin itirildiyini bildirib: "Günəşə açıq gözlə baxıblar. Bu, heç istəmədiyimiz bir vəziyyətdir. Şikayətlər var idi. Günəşə adi gözlə baxdıqları üçün bir neçə saat sonra başlayan bulanıq görmə, görmə itiliyinin azalması, diqqəti cəmləməkdə çətinlik, əyri görmə, dalğalı görmə və bulanıq görmə kimi problemlər ortaya çıxıb".

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var