Gürcülər kütləvi şəkildə Aİ-dən sığınacaq istəyir

Gürcülər kütləvi şəkildə Aİ-dən sığınacaq istəyirÖtən il 28 797 Gürcüstan vətəndaşı Avropa İttifaqı ölkələrinə sığınacaq üçün müraciət edib.
KONKRET.az xəbər verir ki, bu barədə Aİ-nin Miqrasiya Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu, 2021-ci ilə nisbətən təxminən iki dəfə çoxdur.
Eyni zamanda, 26400 nəfər ilk dəfə, 2397 nəfər isə ikinci dəfə Avropa dövlətlərinə belə bir müraciət edib. Aİ artıq Gürcüstan vətəndaşlarının 18 850 müraciətini baxılmaq üçün qəbul edib, lakin cəmi 468 nəfərə qaçqın statusu verib.
Sığınacaq axtaranlar arqument kimi rus işğalını göstərir.
Məlumata görə, çox vaxt gürcülər Almaniya və Fransadan sığınacaq almaq üçün müraciət edirlər.
Qeyd edək ki, Gürcüstan 2017-ci ilin martından Aİ ilə vizasız rejimdən istifadə edir. O vaxtdan 300 minə yaxın gürcü Aİ-yə turist kimi gedib və qeyri-qanuni mühacir kimi orada qalıb.
Readmissiya sazişinə əsasən, Gürcüstan qeyri-qanuni mühacirləri öz hesabına vətənlərinə qaytarmağı öhdəsinə götürüb. Bundan əlavə, Gürcüstan vətəndaşlarının qeyri-qanuni olaraq  Qərb ölkələrinə getməsinə qəsdən və bilərəkdən kömək edən şəxsləri 4 ilə qədər həbs gözləyir.
İqbal Rzayev,
KONKRET.az

Siyasi       Tarix: 24 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini


son xeberler azerbaycan xeberleri yeni xeberler krimnal xeber cəbhədən görüntüleri ən son xəbərlər bugün cəbhədən son durum