Gürcüstan 2008-ci ilin səhvlərini niyə təkrarlayır? - Önəmli DETALLAR

Gürcüstan 2008-ci ilin səhvlərini niyə təkrarlayır? - Önəmli DETALLARAvqust müharibəsinin ildönümü fonunda Gürcüstan cəmiyyətində həmin faciədən necə qaçınmaq olar sualı yenidən aktuallaşıb.
KONKRET.azxəbər verir ki, Vaxtanq Coxadzenin təhlilində 2008-ci il hadisələrinin geosiyasi nəticələri və Azərbaycanın təcrübəsi fonunda Gürcüstanın buraxdığı səhvlər müzakirə olunub.
Məqalədə qeyd olunur ki, 2008-ci ildə Tbilisi Qərb tərəfdaşlarının siqnallarını səhv şərh edərək hərbi müdaxiləyə yol vermiş, real təhlükəsizlik zəmanəti olmadan Rusiya hərbi maşını ilə təkbaşına qarşılaşmışdı. Qərbin isə yalnız deklarativ reaksiya verməsi Kremlə cəzasızlıq mühiti yaratdı və bu presedent sonradan Ukrayna hadisələrinə qədər gətirib çıxardı.
Müəllif vurğulayır ki, xarici dəstəkli separatizmlə üzləşən Azərbaycanın səbir və strateji hesablamalarla öz suverenliyini bərpa etməsi fonunda, Gürcüstan rəhbərliyi o zaman təxribatlara uymuşdu.
Təhlildə həmçinin daxili siyasi qüvvələrin və müxalifət nümayəndələrinin məsuliyyətsiz bəyanatlarının milli maraqlara vurduğu zərərdən bəhs edilir.
Xüsusilə, müxalifət liderlərindən biri Qiya Baramidzenin 1992-1993-cü illər Abxaziya müharibəsi ilə bağlı səsləndirdiyi və hüquq-mühafizə orqanlarının yoxlamasına səbəb olan sərt açıqlamalarının separatçılar tərəfindən dərhal təbliğat vasitəsi kimi istifadə olunduğu diqqətə çatdırılır. Qeyd olunur ki, belə ehtiyatsız bəyanatlar ölkənin ərazi bütövlüyünün bərpası və barışıq prosesinə ciddi zərbə vurur.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 09 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son xəbər son xeber gunun xeberleri son xəbərlər