Gürcüstan Aİ-yə daxil olana qədər ölkədə islahatları DAVAM ETDİRƏCƏK
Avropa İttifaqı ilin sonunda ölkəyə icma üzvlüyünə namizəd statusunun verilməsi barədə qərar qəbul etdikdən sonra da Gürcüstan hakimiyyəti islahatları davam etdirəcək.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Aİ diplomatiyasının rəhbəri Jozep Borrellə görüşündən sonra deyib.
"Bu 12 tövsiyə ölkəmizin iddialı islahatlar gündəliyinin bir hissəsidir. Bu il islahat prosesini başa çatdırmırıq. Proses Gürcüstan Avropa Birliyinə tamhüquqlu üzv olana qədər davam edəcək", – Darçiaşvili dedi.
Nazirin sözlərinə görə, bu gün səhər o, Tbilisidə Borrellə görüşdə ölkənin Aİ-nin tövsiyələrini yerinə yetirməsini müzakirə edib.
Qeyd edək ki, Borrell sentyabrın 7-də Gürcüstana ilk səfəri olub. Bu gün onun Baş nazir İrakli Qaribaşvili, Prezident Salome Zurabişvili və vətəndaş sektorunun nümayəndələri ilə görüşü nəzərdə tutulub. Görüşlərdə Gürcüstanın Aİ-yə namizəd statusu alması perspektivi və 12 tövsiyənin yerinə yetirilməsi üçün görüləcək işlər müzakirə olunacaq.
Xatırladaq ki, 2022-ci ilin iyununda Aİ liderləri Moldova və Ukraynaya namizəd statusu veriblər. Onlar Gürcüstanın Avropa perspektivlərini tanıyıb, həmçinin 12 şərti yerinə yetirdikdən sonra ölkəyə namizəd statusu verməyə hazır olduqlarını bildiriblər.
İqbal Rzayev,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ