Gürcüstan Ermənistanla sərhədləri BAĞLADI - Giriş-çıxış QADAĞAN EDİLDİ
Gürcüstan Ermənistan vətəndaşlarına ölkəyə girişi qadağan edib.
Publika.az xəbər verir ki, yalnız 72 saat əvvəl PZR testi (polimer zəncirvari reaksiya) neqativ nəticə göstərən şəxslərin ölkəyə girişinə icazə verilir.
Əvvəllər bu tələb yalnız hava sərhəd keçid məntəqələrində tətbiq olunurdusa, indi quru sərhədinin keçid məntəqələrində də neqativ test nəticəsi tələb edilir.
Qayda Gürcüstan vasitəsilə Ermənistana keçmək istəyənlərə də aiddir.
Bu məlumat yayımlandıqdan sonra bir çox Gürcüstan vətəndaşı ölkəni tərk edib-etməyəcəyini öyrənmək üçün sərhəd xidməti ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, Gürcüstan göstərilən ölkələrlə sərhədi açana qədər vətəndaşlar nə Ermənistanla, nə də Rusiya ilə sərhədi keçə bilər: "Gürcüstan hələ bu ölkələrlə sərhədlərini açmayıb. İstisna olaraq sərhəddən keçmələrinə icazə verilə bilər. Bir halda ki, Ermənistana getmək üçün Gürcüstandakı Ermənistan səfirliyinə və Rusiyaya getmək üçün Rusiya nümayəndəliyinə müraciət olunmalıdır".
Zümrüd
Kurslar.az kurslar [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək