Gürcüstan milli təhlükəsizlik konsepsiyasını təkmilləşdirir
Gürcüstanın milli təhlükəsizlik konsepsiyasına dəyişikliklər ediləcək. Dəyişikliklərlə milli təhlükəsizliyin yeni strategiyası daha da təkmilləşəcək.
Publika.az xəbər verir ki, yenilənmiş milli təhlükəsizlik strategiyası 2022-ci ilin birinci rübündə təsdiq olunacaq.
Gürcüstan Milli Təhlükəsizlik Şurasının Baş nazir İrakli Qaribaşvilinin sədrliyi ilə keçirilən iclasında bildirilib ki, milli təhlükəsizlik konsepsiyasının yeni variantında bir sıra vacib məsələlər nəzərdə tutulub.
Gürcüstan hökuməti daxili və xarici təhdidlərin qiymətləndirilməsinə dair sənədi də yeniləyəcək. Mühüm əhəmiyyət kəsb edən infrastrukturun mühafizəsi haqqında da yeni qanun qəbul edəcək.
Şuranın iclasında regional təhlükəsizlik mühiti və cari proseslər, eyni zamanda, kibertəhlükəsizlik sahəsində islahatlar da nəzərdən keçirilib.

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var