Gürcüstan müxalifətinin iki əsas lideri birləşir
Gürcüstanın ən böyük müxalifət partiyası olan "Vahid Milli Hərəkat"ın (VMH) sabiq sədri Nika Melia ilə müxalifyönümlü "Mtavari Arxi" telekanalının təsisçisi Nika Qvaramia siyasi ittifaq yaradırlar.
KONKRET.az xəbər verir ki, müvafiq qərar sabah elan ediləcək.
Onların siyasi komandalarının sabah Tbilisidəki hotellərdən birində görüşərək yekun qərarı elan edəcəkləri bildirilib.
Nika Melia 2023-cü ilin yanvarında sabiq Prezident Mixeil Saakaşvilinin təsis etdiyi "Vahid Milli Hərəkat" partiyasının sədrliyindən uzaqlaşdırılıb.
Partiya daxilində elektron qaydada keçirilən səsvermədə Levan Xabeişviliyə məğlub olan Melia tərəfdarları ilə birlikdə VMH-dən uzaqlaşıb.
Əvvəllər həbsdə olan sabiq Prezident Mixeil Saakaşvilinin vəkili kimi çıxış etmiş Nika Qvaramia isə 2022-ci ilin mayında "Rustavi 2" işi üzrə həbs edilib. 2023 ilin iyununda Salome Zurabişvilinin əfv sərəncamı ilə azadlığa çıxan Qvaramia "Mtavari Arxi" telekanalının rəhbərliyindən istefa verərək siyasi fəaliyyətə başlayıb.
Hər iki lider hökumət əleyhinə, həmçinin Rusiya əleyhinə çıxışları ilə tanınır. Xatırladaq ki, bu ilin oktyabrında Gürcüstanda parlament seçkiləri keçiriləcək.//Apa

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək