Gürcüstan parlamentində əlbəyaxa dava - SƏBƏB
Gürcüstan parlamentində müxalifəti və hakim partiyanı təmsil edən deputatlar arasında dava düşüb.
KONKRET.azgürcü mediasına istinadən xəbər verir ki, bu, "Xarici agentlər haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsindən öncə baş verib.
İnsident xüsusi təyinatlıların müxalifət partiyası olan Vahid Milli Hərəkatın rəhbəri Levan Xabeişvilini bir gün əvvəl keçirilən etiraz aksiyası zamanı döyməsinə müxalifətçi deputatların etirazından sonra başlayıb. Müxalifətçi həmkarlarının etirazı polisin hərəkətlərini dəstəkləyən hakim "Gürcü arzusu" partiyasının nümayəndələrinin narazılığına səbəb olub və mübahisə davaya çevrilib.
Levan Xabeişvili isə mediaya açıqlamasında mitinq iştirakçılarının döyülməsini "məqsədyönlü cəza tədbirləri" kimi qiymətləndirib və bu əmrin "Gürcü arzusu" partiyasının qurucusu Bdzina İvanişvilidən gəldiyini söyləyib.
Xatirə SADİQ,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi