Gürcüstan prezidenti İlham Əliyevi təbrik etdi
Gürcüstanın Prezidenti Salome Zurabişvili Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bu barədə President.az xəbər verir.
Məktubda deyilir:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Gürcüstan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram. Ölkənizin və xalqının firavanlığı istiqamətində yorulmaz fəaliyyətinizdə Sizə səmimi-qəlbdən davamlı uğurlar və qələbələr arzulayıram.
Mən qəti şəkildə inanıram ki, birgə səylərimizlə biz qardaş ölkələrimiz arasındakı mehriban qonşuluq və dostluq münasibətlərini, strateji tərəfdaşlığı yeni zirvələrə yüksəldəcəyik. Bu, şübhəsiz ki, həm Gürcüstanın, həm də Azərbaycanın regionda sabitliyin və inkişafın möhkəmləndirilməsində rolunu daha da gücləndirəcəkdir.
Zati-aliləri, Sizə bir daha ən dərin ehtiramımı bildirir, fəaliyyətinizdə davamlı uğurlar arzulayır, dost Azərbaycan xalqına isə sülh və rifah diləyirəm". / azxeber.com

Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi