Gürcüstan Prezidentinə qarşı impiçment prosesi başladıldı

Gürcüstan Prezidentinə qarşı impiçment prosesi başladıldıHakim "Gürcü arzusu – Demokratik Gürcüstan" partiyası Prezident Salome Zurabişvilinin impiçment proseduruna başlandığını elan edib.
KONKRET.az xəbər verir ki, bu barədə partiyanın rəhbəri İrakli Kobaxidze bildirib.
"Gürcüstan Konstitusiyası onun pozulmasına cavab vermək üçün yeganə effektiv hüquqi mexanizm – impiçmenti nəzərdə tutur. Dünən və srağagün biz dəfələrlə qeyd etmişik ki, konstitusiyanın kobud şəkildə pozulmasına baxmayaraq, indiki siyasi şəraitdə impiçment prosedurunu başa çatdırmaq mümkün deyil. İmpiçment 100 parlamentarinin dəstəyini tələb edir və buna görə də radikal müxalifətin səsi olmadan onun həyata keçirilməsi perspektivi yoxdur. Lakin buna baxmayaraq, partiyanın Siyasi Şurasının iclasında biz Gürcüstan prezidentinə qarşı impiçment proseduruna başlamaq qərarına gəldik", – deyə Kobaxidze brifinqdə bildirib.
Qeyd edək ki, Zurabişvili hökumətin rədd etməsinə baxmayaraq, avqustun 31-də Gürcüstana Aİ-yə namizəd ölkə statusunun verilməsini dəstəkləyən Avropa liderləri ilə görüşlər keçirməyə gedib. Hakim partiya daha əvvəl bildirib ki, bu, konstitusiya pozuntusudur və bu, Gürcüstan prezidentinin impiçmenti üçün iki əsasdan biridir.
Prezidentin impiçmenti üçün bütün parlamentin 2/3-nin razılığı lazımdır. Parlament çoxluğunun cəmi 84 mandatı var, impiçment üçün isə 100 yer lazımdır.
2023-cü ilin payızında Gürcüstan prezidenti İsveçrə, Polşa, Belçika, Bolqarıstan, Danimarka, dekabrda isə Çexiya, Birləşmiş Ərəb Əmirlikləri və İsrailə səfər etməyi planlaşdırır. Ona bütün səfərlər hökumət tərəfindən rədd edilib.
Avqustun 31-də Zurabişvili almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə görüşüb.//APA

Siyasi       Tarix: 01 sentyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma


yeni xeberler azerbaycan xeberleri son xeberler son xəbərlər azərbaycanda son xeber az az xeber ən son xəbərlər