Gürcüstan Ukraynanın Saakaşvilinin qaytarılması tələbinə CAVAB VERDİ
Ukrayna hökumətinin Gürcüstanda həbsdə olan eks-prezident Mixeil Saakaşvilinin təhvil verilməsi tələbi gürcü tərəfi üçün təhqirə çevrilib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hakim "Gürcü arzusu" partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
"Mixeil Saakaşvili ilə bağlı Ukrayna Prezidentinin dünənki addımına gəlincə, mən bu mövzuya dərindən toxunmaq istəmirəm. Çünki bu, müharibə şəraitində olan bir ölkənin prezidentinə aiddir. Ümumiyyətlə, Ukrayna hakimiyyətinin mövqeyi təbii ki, təhqiramizdir", – o deyib.
Kobaxidze bildirib ki, 2021-ci ildə Saakaşvilinin Gürcüstana gətirilməsində bəzi yüksək rütbəli ukraynalı məmurların əli olub və həmin ölkənin rəhbərliyi onun geri qaytarılmasını tələb edəndə bu, təhqirdir.
Xatırladaq ki, Zelenski Xarici İşlər Nazirliyinə Saakaşvili məsələsi ilə bağlı məsləhətləşmələr aparmaq üçün 48 saat ərzində ölkəni tərk etməsi barədə göstəriş verməyi tapşırıb. O, yenidən Tbilisini Ukrayna vətəndaşı olan Saakaşvilini müalicə üçün Kiyevə köçürməyə çağırıb. Zelenskinin sözlərinə görə, Ukraynanın tərəfdaşları Saakaşvilini xilas etmək üçün onun müdafiəsinə qalxmalıdırlar.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi