Gürcüstan XİN səfiri Kiyevə geri qaytarmaq istəyir

Gürcüstan XİN səfiri Kiyevə geri qaytarmaq istəyirGürcüstan Xarici İşlər Nazirliyi (XİN) səfir Teymuraz Şaraşenidzenin Kiyevə geri qayıtması üzərində işləyir.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstan XİN-in mətbuat xidmətinin rəhbəri Mariam Narçemaşvili "Rustavi2" telekanalına açıqlamasında bildirib.
O qeyd edib ki, iki ölkə arasındakı aktiv əlaqələrin gündəliyi ortaq çağırışlar səbəbi ilə olduqca məşğuldur və bu səfirin geri qayıtmasını tələb edir.
"Bu cür aktiv ikitərəfli əlaqələrin gündəliyi təbii olaraq səfirin öz təyinat yerində olmasını tələb edir. XİN artıq bu məsələ üzərində işləyir. Bilirsiniz ki, Gürcüstan və Ukrayna arasında ikitərəfli əlaqələrin gündəliyi ortaq çağırışlar, regiondakı vəziyyət və ortaq Avro-Atlantik inteqrasiya məqsədləri ilə əlaqədar olduqca məşğuldur", - deyə M. Narçemaşvili bildirib.
Qeyd edək ki, ötən gün Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentdə illik hesabatı ilə çıxış edərkən bildirib ki, səfirin Ukraynaya bir an öncə qayıtması zəruridir. O, hökumətə səfirin Donbassdakı vəziyyətlə əlaqədar Kiyevə geri qaytarmağa dair çağırış edib.
Xatırladaq ki, Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin ötən il mayın 8-də Ukrayna Prezidenti Vladimir Zelenskinin qərarı ilə Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin edilməsi Gürcüstan hökumətinin etirazı ilə qarşılanıb. Məsələ ilə əlaqədar Gürcüstanın bu ölkədəki səfiri Teymuraz Şaraşenidze həmin gün siyasi məsləhətləşmələr üçün geri çağırılıb.a

Dünya       Tarix: 10 aprel 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc

Moskvadan Bakı və İrəvanla bağlı KRİTİK AÇIQLAMA: "Vahid paket tamamlanır"

"İrəvanla Bakı arasında kommunikasiyanın açılmasına dair vahid sənədlər paketi tamamlanma mərhələsindədir". xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

Pentaqon rəhbəri koronavirusa yoluxdu

ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub. xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir. Qeyd olunur ki, nazir məzuniyyətdə olarkən özündə koronavirusun əlamətlərini his

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb


yeni xeberler son xeberler azerbaycan xeberleri iqtisadiyyat xeberleri bugun idman xeberleri sonxəbərlər cebheden xeber