Gürcüstanda aksiyalarla bağlı yeni qanun

Gürcüstanda aksiyalarla bağlı yeni qanunHakim "Gürcü Arzusu – Demokratik Gürcüstan" partiyası mitinq və nümayişlərin keçirilməsi qaydalarının pozulmasına görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihələri paketi hazırlayıb.
KONKRET.az Globalinfo-ya istinadən xəbər verir ki, bu barədə brifinqdə partiyanın parlament fraksiyasının rəhbəri İrakli Kirtsxaliya məlumat verib.
Onun sözlərinə görə, üzünü maska ​​ilə örtən, gözyaşardıcı qaz və ya zəhərli maddələr gəzdirən, yolları bağlayan və ya yolun hərəkət hissəsində maneələr quran mitinq iştirakçıları ilk hüquqpozmaya görə 15 sutkayadək müddətə inzibati həbslə cəzalandırılacaq. Qanunu pozanın mitinqin təşkilatçısı olduğu üzə çıxarsa, cəza 20 gün olacaq.
Bundan başqa, Daxili İşlər Nazirliyinin dayandırılmasına göstəriş verdiyi mitinqdə iştirak 60 sutkaya qədər inzibati həbslə cəzalandırılacaq. Mitinqə silah, atəşfəşanlıq və ya başqalarına zərər verə biləcək əşyalar gətirənləri 65 sutka həbs gözləyir. Təkrar pozuntu cinayət məsuliyyəti yaradacaq və bir ilə qədər həbslə nəticələnəcək.
Gürcüstan Cinayət Məcəlləsinə yeni maddənin də daxil edilməsi nəzərdə tutulur. Bu maddəyə əsasən, polisin əmrini yerinə yetirməyən və ya asayiş keşikçisini üç dəfə təhqir edən şəxs bir ilədək, təkrar cinayət törətdikdə isə iki ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Hadisə       Tarix: 13 oktyabr 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Avtoxuliqanlıq edən sürücü həbs edildi

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə gecə saatlarında idarə etdiyi "VAZ" markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə poza

Ağdamda toyda dava: Xəsarət alan var

Ağdam rayonunda toyda dava düşüb. -ınməlumatına görə, hadisə rayonun Evoğlu kəndində baş verib. Rayonun Əfətli kənd sakini Tamerlan Əliyev (soyadı şərtidir) Evoğlu kəndinə bacısı qızının toy məclisinə gedib. Axşam saatlarınd

Yolu keçmək istəyən piyadanı maşın vurub öldürdü

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb. Belə ki, yolu keçən Yalçın Əsədovu maşın vurub. Ağır xəsarətlər alan piyad

66 yaşlı kişini motosiklet vurub öldürdü

Yolu keçmək istəyən piyadanı motosiklet vurub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb. Belə ki, Elmir Zeynalov idarə etdiyi "Muravey" markalı motosikletlə yolu keçə

Ağdamda kəhriz quyusundan meyit tapıldı

Ağdam rayonunun Şelli kəndində ölüm hadisəsi baş verib. apa-ya istinadən xəbər verir ki, kənd ərazisində yerləşən kəhriz quyusundan Bərdə rayon sakini, 1980-ci il təvəllüdlü Hacıyev Müşfiq Aqil oğlunun meyiti aşkarlanıb

Sabirabadda uşaq ölü doğuldu

Sabirabadda doğuş zamanı körpə ölüb. xəbər verir ki, hadisə Sabirabad doğum evində baş verib. Məlumata görə, rayon sakini, 2007-ci il təvəllüdlü Ə. Soltanova 38-39 həftəlik hamiləlik dövründə doğuş zamanı ölü uşaq dünyay

Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya

Paris məhkəməsi 45 yaşlı amerikalı televiziya ulduzu və sahibkar Kim Kardaşyana 2016-cı ildə baş vermiş silahlı soyğun üçün simvolik olaraq 1 avro məbləğində kompensasiya təyin edib. xəbər verir ki, həmin soyğun zamanı cinayətkarla

Cəlilabadda "Mercedes" transformatora çırpıldı - Xəsarət alan var

Cəlilabadda "Mercedes" markalı minik avtomobili yol kənarındakı elektrik transformatoruna çırpılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçə

Göygöldə ər arvadını qətlə yetirib

Göygöldə qətl hadisəsi baş verib. xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndi ərazisindən qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari xeberlər qurban bayrami 2026 xeberler bugun