"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi

"BakıKart" (K Group MMC) tərəfindən gənclərin təhsildə qazandıqları uğurların təşviqi və onların gündəlik ictimai nəqliyyat xərclərinə dəstək göstərmək məqsədilə Qarabağ Universitetində xüsusi görüş keçirilib.
Görüş çərçivəsində Qarabağ Universitetinə qəbul zamanı ən yüksək nəticə göstərən 20 tələbəyə ictimai nəqliyyatda istifadə üçün nəzərdə tutulan 100 gedişlik "CityCard Xankəndi" hədiyyə kartları "BakıKart"ın İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aynur Kərimli tərəfindən təqdim olunub.
Tədbir zamanı Qarabağ Universitetinin prorektoru Rüstəm İsgəndərli universitetin fəaliyyəti, tələbələr üçün yaradılan imkanlar və tədris mühiti barədə məlumat verib.
Görüşdə həmçinin gənclərin təhsildə uğurlarının təşviqi, tələbələrə dəstək və onların gündəlik həyatında ictimai nəqliyyat imkanlarının əlçatanlığı ilə bağlı fikir mübadiləsi aparılıb.
"BakıKart"ın nümayəndələri tələbələri əldə etdikləri yüksək nəticələr münasibətilə təbrik edib, onlara yeni tədris ilində uğurlar arzulayıblar.
Təqdim olunan "CityCard Xankəndi" kartlarının hər biri 100 gediş üçün nəzərdə tutulub və tələbələrin Xankəndi şəhərində ictimai nəqliyyatdan gündəlik istifadəsinə dəstək məqsədi daşıyır.
Görüşün sonunda tələbələrlə xatirə fotosu çəkilib.
/ azxeber.com

İqtisadiyyat       Tarix: 21 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən "Bank of Baku" növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəl

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. xəbər verir ki, Azərbaycand

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr - Zəfər Günü ərəfəsind

Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ

Hüquq-mühafizə orqanlarının əməkdaşları adından Azərbaycan vətəndaşlarını aldadaraq pul vəsaitlərini ələ keçirən kiberdələduzluq şəbəkəsinin beynəlxalq axtarışda olan təşkilatçıları saxlanılaraq ölkəyə gətirilib. Daxili Işlə

"Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur

Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. . xəbər verir ki, yen

Qaytarıla bilməyən kreditlər bağlanacaq

"Azərbaycanda işsizlikdən sığorta təminatı verən daha bir məhsul istifadəyə veriləcək. Kredit risklərinin sığortalanması təsdiq olunacaq qaydalarda nəzərdə tutulan hallar baş verən zaman ödənilə bilməyən borcun üçünc

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Birekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələrigenişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını vəəmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib. xəbə


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal cəbhədən görüntülər siyaseti xeberler bugun butun xeberler