Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Türkiyədə məşhurlara qarşı keçirilən narkotik araşdırması çərçivəsində Afra Saraçoğlunun da aralarında olduğu bir neçə nəfər barəsində gözaltı qərarı verilib.
azxeber.com xarici mətbuata istiandən xəbər verir ki, araşdırma Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən aparılır.
Afra Saraçoğlu barəsində yayılan xəbəri xaricdə olduğu zaman öyrəndiyini bildirib. Aktrisa sosial media hesabında açıqlama yayaraq Türkiyədə olmadığını və xaricə səfərinin əvvəlcədən planlaşdırıldığını qeyd edib.
"Bu gün mətbuata əks olunan və bir çox həmkarımla birlikdə adımın çəkildiyi xəbərləri xaricdə olduğum zaman öyrəndim. Çox əvvəlcədən planlaşdırılan iş səfərimlə əlaqədar hazırda Türkiyədə deyiləm", – deyə Saraçoğlu bildirib.
Aktrisa hüquqi prosesin düzgün şəkildə davam etməsi üçün ən qısa zamanda Türkiyəyə qayıdaraq ifadə verəcəyini açıqlayıb.
"Ədalətin təmin olunması və prosesin ən doğru şəkildə irəliləməsi üçün ən qısa zamanda ölkəmə qayıdaraq hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq çərçivəsində ifadə verəcəyəm. Vicdanım rahatdır və hər şeyin aydınlaşacağına inamım tamdır", – deyə o əlavə edib.
Gülay

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı