Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"

Rəsmi Bakıdan 20 Sentyabr mesajı: Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb.
KONKRET.az xəbər verir ki, bəyanatda 20 sentyabr tarixinin Azərbaycan xalqının çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığı qeyd olunub.
"19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək ölkəmizin ərazisindən çıxarılması məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib. Beləliklə cəmi 24 saatdan az müddətdə başa çatan tədbirlər nəticəsində ərazilərimiz üzərində dövlət suverenliyi təmin edilib.
Bu tarixi zəfərin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığı, rəşadəti və qəhrəmanlığı həlledici rol oynayıb", – bəyanatda vurğulanıb.
Antiterror tədbirləri zamanı Azərbaycan tərəfinin mülki əhalinin təhlükəsizliyinə xüsusi diqqət yetirdiyi, mülki şəxslər və mülki infrastrukturu yox, yalnız qanunsuz silahlı birləşmələrin legitim hərbi obyekt və infrastrukturlarını hədəf aldığı diqqətə çatdırılan bəyanatda dövlət suverenliyinin bərpasının regionda yeni siyasi reallıq yaratdığı qeyd olunub:
"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb. Ölkəmiz sülh gündəliyinə sadiqliyini nümayiş etdirərək, münasibətlərin normallaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atıb.
8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin iştirakı ilə keçirilmiş tarixi görüş sülh və normallaşma prosesində mühüm mərhələ olub.
Bu gün Azərbaycan və Ermənistan liderlərinin görüşləri zamanı əldə olunan razılaşmalar regionda davamlı sülhün və sabitliyin təmin edilməsi ilə yanaşı, regional iqtisadi potensialın reallaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır".
Bildirilib ki, regionda iqtisadi-ticarət əlaqələrinin bərpası və bu istiqamətdə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi, habelə beynəlxalq nəqliyyat və logistika marşrutlarının regional inteqrasiyasının təşviqi təkcə Azərbaycan və Ermənistan üçün yox, eləcə də bütün maraqlı tərəflər üçün yeni iqtisadi dividendlər və əməkdaşlıq imkanları yaradacaq. Yaranmış tarixi sülh imkanından irəli gələrək Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması və münasibətlərin tam normallaşdırılması üçün qarşıda duran məsələlərin həlli mühüm əhəmiyyət kəsb edir.
"Bu gün Azərbaycan azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsi və həmin ərazilərin davamlı inkişafı istiqamətində genişmiqyaslı işlər həyata keçirir. Eyni zamanda, mina təhlükəsinin aradan qaldırılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi ölkəmizin əsas prioritetləri sırasındadır.
Dövlət Suverenliyi Günü Azərbaycan xalqının öz dövlətçiliyinə, milli iradəsinə və ərazi bütövlüyünə bağlılığının rəmzidir. Bu əlamətdar gün şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramla yanaşmaq, onların canları bahasına əldə edilmiş tarixi Zəfərin dəyərini daim qorumaq və gələcək nəsillərə ötürmək üçün mühüm bir vəsilədir.
Azərbaycan Respublikasının dövlət suverenliyi əbədidir, bölünməzdir və toxunulmazdır.
Dövlət Suverenliyi Günün mübarək, Azərbaycan!" – XİN-dən vurğulanıb.
Başlıq yaz

Siyasi       Tarix: 20 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Qarabağa diplomatik səfər və Ermənistanın "suverenlik sınağı"

Bəzən bir diplomatik səfər uzun siyasi bəyanatlardan daha çox həqiqəti üzə çıxarır. Sentyabrın 11–12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri də məhz bel

Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbu

Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanın revanşist dairələrində verilən reaksiyalar qəbuledilməz və təəssüf doğurucudur. Ermənistan cəmiyyətind

Ceyhun Bayramov Nyu Yorka getdi 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-ın Nyu York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, b

Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq

Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, – problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, – arxada qoymuşuq. Bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzr

Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb

"Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının zəngin xristian irsinin izləri görünür".  xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xaric

Trampı qəzəbləndirən ADDIM: Kanada Aİ-yə qoşulur?

Kanadanın Baş naziri Mark Karni Avropa Parlamentində çıxışı zamanı bildirib ki, ölkəsi Avropa İttifaqının (Aİ) Kanadaya "assosiativ üzv" statusu verilməsi ilə bağlı ambisiyalarını "alqışlayır". KONKRET.azxəbə

TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa

Türk Dövlətləri Təşkilatının (TDT) təhlükəsizlik gündəliyinin son illərdə sürətlə genişlənməsi artıq ayrı-ayrı görüşlərin və siyasi bəyanatların çərçivəsindən çıxaraq, təşkilatın gələcək institusional inkişafının əsas istiqamətlərində

Gürcüstan Azərbaycana yeni səfir təyin etdi

Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycandakı yeni səfiri təyin olunub. Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib. Giorgi Zakaraşvili 2021-ci ildən Gürcüstanın Ukraynadakı səfiri və GUAM-dakı daimi nümayəndəs


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xeber ensonxeberler maraqlı xəbərlər son xeberler bugun 2026 muharibe