Gürcüstanda yanacağın qiyməti artdı
Son günlər Gürcüstanın əksər yanacaqdoldurma məntəqələrində benzinin qiymətində artım müşahidə olunur.
KONKRET.az "Azərtac"a istinadən xəbər verir ki, əksər yanacaqdoldurma məntəqələrində benzinin qiyməti növündən asılı olaraq 20-25 tetri (8-10 sent) artıb.
Hazırda bəzi yanacaqdoldurma məntəqələrində 1 litr "Premium"un qiyməti 2,70 lari, "Euro Regular" 2,50 lari, "Regular" isə 2,35 lariyə satılır.
İqtisadçı ekspertlərin fikrincə, bu artım ölkə daxilində dolların yenidən bahalaşması və larinin dəyər itirməsi ilə əlaqədardır. Ekspertlər hesab edirlər ki, benzinin qiyməti inflyasiyanın artmasına və istehlak mallarının da qiymətlərinin bahalaşmasına təsir edəcək.
Qeyd edək ki, Gürcüstan Milli Bankı aprel ayında rekord məbləğdə – 322,4 milyon ABŞ dolları alış edib.
Gürcüstan bazarında dolların dəyər qazanmasına da məhz bu amilin səbəb olduğu bildirilir.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır