Gürcüstandan "3+3" formatının Moskva görüşünə ETİRAZ
Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) "3+3" əməkdaşlıq plarforması çərçivəsində dekabrın 10-da Moskvada keçirilmiş məsləhətləşmələrdə dövlət bayrağının istifadəsini qəbuledilməz hesab edir.
Publika.az xəbər verir ki, bu barədə XİN-in yaydığı bəyanatda bildirib.
Sənəddə qeyd olunub ki, Gürcüstan "3+3" regional formatı ilə bağlı dəqiq mövqeyini dəfələrlə bəyan edib: "Gürcüstanın bu formatda iştirakını müzakirə etməyəcəyik. Moskvada dekabrın 10-da keçirilən görüşdə Gürcüstan bayrağı təqdim olunub, və bu, əlbəttə ki, bizim üçün qəbuledilməzdir. Biz buna müvafiq diplomatik kanallar vasitəsilə reaksiya vermişik".
Qeyd edək ki, Moskva toplantısında Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiya təmsil olunub. İclasda çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək