Gürcüstanın Azərbaycandan dizel idxalını dayandırmasının SƏBƏBLƏRİ
"SOCAR Georgia Petroleum" şirkətinin Baş icraçı direktoru Nodar Kançaveli Gürcüstanın Azərbaycandan yanacaq idxalını minimuma endirməsinin səbəbini açıqlayıb.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, Nodar Kançaveli bunun Bakıda Neft Emalı Zavodunda ötən ilin martında başladılan modernzasiya işləri ilə əlaqədar olduğunu bildirib.
Onun sözlərinə görə, Gürcüstan assosiasiya sazişinə uyğun olaraq yanvarın 1-dən Avro-5 dizel standartına keçdiyindən hazırda Azərbaycandan dizel yanacağı tədarükü dayandırılıb.
Nodar Kançaveli Gürcüstanın bu ilin mayından etibarən Azərbaycandan ən yüksək standartlı yanacaq qəbul edə biləciyini qeyd edib.
"Biz dəqiq tarixi qarşıdakı həftələrdə biləcəyik", – deyə o, əlavə edib.
Baş icraçı direktor bu vaxtadək Avro-4 standartlı yanacaq ixrac edən Azərbaycanın Gürcüstanın dizel topdansatışı bazarındakı payının 40% təşkil etdiyini bildirib.
Qeyd edək ki, Gürcüstan 2020-ci ilin 1 yanvarından etibarən Avro 5 dizel standartına keçməli idi. Lakin biznesin və idxalçıların müraciəti əsasında hökumət qərara iki dəfə bir illik moratorium tətbiq edib.
Qanunun 1 yanvar 2023-cü il tarixində qüvvəyə minməsindən sonra Gürcüstanın Rusiyadan yanacaq asılılığı 70%-dək artıb.
Gürcüstan Milli Statistika İdarəsinin hesabatına əsasən Gürcüstan 2022-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycandan 27,450 milyon dollar dəyərində 36 879 ton neft məhsulları alıb. Bu ilin ilk iki ayı ərzində isə Gürcüstan Azərbaycandan yanacaq idxalı illik ifadədə 15 dəfə azalaraq cəmi 1,9 milyon dollar təşkil edib.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Millimiz Moldova yığmasına uduzdu
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi