Gürcüstanın Baş naziri Ceyhun Bayramovla görüşünü şərh edib
Gürcüstan dialoq və əməkdaşlıq yolu ilə Cənubi Qafqazda sülh və sabitliyə töhfə verməyə hazırdır.
azxeber.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra "Facebook" hesabında qeyd edib.
Baş nazir vurğulayıb ki, söhbət zamanı Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinə toxunulub, əlaqələrin son illərdəki müsbət dinamikası vurğulanıb.
"Biz birgə infrastruktur və enerji layihələrini müzakirə etdik. Bu layihələrin "Orta dəhliz"in inkişafı prosesində əhəmiyyəti vurğulandı. Ticari-iqtisadi əlaqələr və ölkələr arasında ticarət dövriyyəsinin artmasının müsbət tendensiyalarına diqqət yetirildi. Bölgədəki mövcud vəziyyətə dair söhbət aparıldı. Mən Gürcüstanın dialoq və əməkdaşlıq yolu ilə Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsinə töhfə verməyə hazır olduğunu bir daha təsdiqlədim", - Kobaxidze deyib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı