Gürcüstanın baş naziri İlham Əliyevi təbrik etdi
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az-ın məlumatına görə, məktubda deyilir:
"Zati-aliləri! İcazə verin, Azərbaycanın möhtərəm ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ən səmimi təbriklərimi çatdırım.
Dahi Heydər Əliyev bütün mənalı həyatını sevdiyi ölkəsinə həsr etmiş və milli dövlətçiliyin əsasını qoymuş görkəmli siyasi xadim idi. İndi Azərbaycan beynəlxalq arenada mühüm rol oynayır və öz ümummilli liderinin xatirəsini ehtiramla yad edir.
Bu xoş fürsətdən istifadə edib, Gürcüstan ilə Azərbaycan arasında strateji münasibətlərin qurulmasında dahi Heydər Əliyevin fundamental rolunu vurğulayaraq qeyd etmək istəyirəm ki, onun bu xidmətləri daim yaşayacaq. İnanıram ki, biz birgə səylərimizlə strateji tərəfdaşlığımızı xalqlarımızın və bütün regionun rifahı naminə daha da inkişaf etdirməyə davam edəcəyik.
Bu əlamətdar yubiley münasibətilə mən ulu öndər Heydər Əliyevin xatirəsinə dərin ehtiramımı bildirir, qardaş Azərbaycan xalqına ən xoş arzularımı və səmimi salamlarımı çatdırıram". / azxeber.com

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi