Güzəştli mənzil almaq istəyənlərin nəzərinə - Dekabrın 19-da bu saatda

Güzəştli mənzil almaq istəyənlərin nəzərinə - Dekabrın 19-da bu saatdaMənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakının Hövsan qəsəbəsində, eləcə də, Sumqayıt və Gəncə şəhərlərində mənzillərin növbəti dəfə güzəştli satışına başlayır.
Güzəştli mənzillərin satışa çıxarılması əmlak bazarına necə təsir edir?
azxeber.comCxəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, son üç ildə əmlak bazarında ciddi bahalaşma var.
"Mənzillərin qiyməti hər ay artan xətt üzrə gedir. Bu da aztəminatlı ailələr üçün mənzil almaq istəyini əlçatmaz edir. Ancaq dövlətin müxtəlif layihələri nəticəsində vətəndaşlar mənzil əldə edə bilirlər. Mənzil İnşaatı Dövlət Agentliyinin təqdim elədiyi mənzillərin qiymətlərinə baxsaq, təqdim edilən ərazilər üzrə daha ucuzdur və ilkin ödənişi azdır.
Bu mənzillərin ucuz satışa çıxarılmasının səbəbi bina tikilən torpağın dövlət tərəfindən ayrılmasıdır. Tikintinin maya dəyərini isə artıran torpaq sahəsidir. Paytaxtda da torpaq bahadır. Hazırda satışa çıxarılan mənzillər paytaxta yaxın olmasa da, bazar dəyərindən çox aşağı satılır. Belə mənzillərin satışa çıxarılması əmlak bazarına müsbət təsir edir.
Burada da müəyyən problemlər olur. Belə ki, mənzil almaq istəyən vətəndaşların sayı minlərlə olduğu təqdirdə, satışa çıxarılan mənzillər yüzlərlədir. Güzəştli satışdan yararlana bilməyənlərdə narazılıq yaranır. Lakin satış mexanizmində müəyyən dəyişikliklər olsa, narazılıqlar aradan qalxar".
Ekspert qeyd edib ki, hazırda Hövsan və Sarayda yeni binalarda təmirsiz mənzilin 1 m²-i 1200 manat, təmirlilərin isə 1400 manatdır.
"Güzəştli satılan mənzillərlə qiymət fərqinə baxsaq, təqribi 500 manata yaxın fərq var. Ümumi götürsək, güzəştli mənzillərin satışa çıxarılması əmlak bazarına təsir etməyəcək", - deyə o qeyd edib.
Qeyd edək ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi-Hava Limanı 12-ci km. "22" ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 18 mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şossesi 8-ci km, "10L" ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 379 mənzilin, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 34 mənzilin, Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən Sumqayıt layihəsi üzrə 1 mənzilin, ümumilikdə 432 mənzilin satışı 16 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.
"Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 19 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərində (www.e-gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Mənzillərin satış şərtləri və qiymətləri:
Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.
Qeyd edilib ki, "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.
Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə:
1 otaqlı mənzillərin qiyməti - 32 725 manatdan,
2 otaqlı mənzillərin qiyməti - 42 415 manatdan,
3 otaqlı mənzillərin qiyməti - 57 120 manatdan başlayır.
Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:
Studio tipli mənzilin qiyməti - 34 085 manat,
2 otaqlı mənzillərin qiyməti - 49 028 manatdan,
3 otaqlı mənzillərin qiyməti - 61 897 manatdan,
4 otaqlı mənzillərin qiyməti - 83 895 manatdan başlayır.
Gəncə Yaşayış Kompleksi üzrə:
Studio tipli mənzillərin qiyməti - 29 623 manatdan,
2 otaqlı mənzillərin qiyməti - 47 940 manatdan,
3 otaqlı mənzillərin qiyməti - 61 668 manatdan,
4 otaqlı mənzillərin qiyməti - 81 685 manatdan başlayır.
Sumqayıt layihəsi üzrə:
3 otaqlı mənzilin qiyməti - 63 325 manatdır.
Qeyd edilib ki, mənzillərin satış qiymətinə ƏDV daxildir.

Sosial     Baxılıb: 171   Tarix: 15 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Hava nə vaxta qədər belə olacaq?

Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Xidmətdən -a verilən məlumata görə, düşən yağıntının miqdar

DİN sürücü və valideynlərə xəbərdarlıq edib

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır. xəbər verir ki, belə xəbərdarlıqla Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşa

Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilir

Bakıda Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilir. APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Bakı şəhərinin mərkəzi küçə

Uşaqlar arasında 'beşinci xəstəlik' yayılıb - Nə etməli?

Uşaqlar arasında parvovirus yayılıb. -a istinadən xəbər verir ki, valideynlərin sözlərinə görə, virus qızartı və qızdırma ilə müşahidə olunur. İki yaş yarımlıq övladı olan valideyn üç gündür, övladının bu virusa yoluxduğun

FHN: Binəqədidə quyuya düşərək köməksiz qalan şəxsin axtarışları davam etdirilir

Paytaxtın Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziy

Sabah 37 dərəcə isti olacaq

Azərbaycanda iyunun 28-i havanın yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Belə ki, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şər

Dövlət Xidmətindən genişmiqyaslı məlumat sızması ilə əlaqədar XƏBƏRDARLIQ

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dünya üzrə kibertəhlükəsizlik sahəsində aparıcı mənbələrin yaydığı məlumata əsasən, bu günlərdə internet mühitində təxminən 16 milyard istifadəçi adı və parolun ye

Azərbaycanda iki valyuta yenidən bahalaşdı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, 2025-ci il iyunun 25-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi 0,0429 manat təşkil edib. Rusiyanın 100 rublu 2,173

Bitcoin' kəskin ucuzlaşdı

"Bitcoin"in qiyməti mayın 8-dən bəri ilk dəfə 100 min dollardan aşağı düşüb. Bunu "Binance" platformasının məlumatları təsdiq edir. Məlumata görə, kriptovalyutanın qiyməti 3,8% azalaşaraq 99 582 dolla


son xeberler azerbaycan xeberleri yeni xeberler beynelxalq bank mezenne xeberler bu qun siyaseti xeberler bugun azerbaycanda son xeberler