"Haber Global" Azərbaycanın antiterror əməliyyatı barədə süjet hazırlayıb
Türkiyənin "Haber Global" telekanalı Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı həyata keçirdiyi antiterror əməliyyatı barədə süjet hazırlayıb.
azxeber.com xəbər verir ki, süjetdə mətbuatda yayılan, həmçinin Müdafiə Nazirliyinin ictimailəşdirdiyi pilotsuz uçuş aparatlarının zərbə endirməsinin görüntüləri yayımlanıb.
Süjetdə bildirilib ki, erməni yaraqlılarının açdığı atəş nəticəsində səhər saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçusu Anar Kazımov şəhid olub: "Azərbaycan Ordusu dərhal əks-əməliyyata start verib".
Vurğulanıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində zəfər qazanması ilə gələn sülh çağırışları istiqamətində Azərbaycan Prezidenti İlham Əliyev son aylarda Ermənistan tərəfini son dəfə xəbərdarlıq edib.
Qeyd olunub ki, antiterror əməliyyatı "Bayraktar TB2" pilotsuz uçuş aparatları vasitəsilə gerçəkləşdirilib: "Əlbəttə, atəşkəsin pozulması halında Azərbaycanın antiterror əməliyyatını həyata keçirəcəyi gözlənilir".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?