Hacı Şahin Şəhidlərin dəfnində dini şüar səsləndirənlərə münasibət bildirib - VİDEO
"İmam Hüseyn (ə) Azərbaycan xalqı üçün məzhəbindən asılı olmayaraq əziz bir şəxsiyyətdir. İmam Hüseyn və Kərbəla mövzusu ayırıcı deyil, birləşdirici mövzudur".
azxeber.com xəbər verir ki, bu sözləri REAL TV-yə açıqlamasında "Məşədi Dadaş" məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli bildirib.
QMİ nümayəndəsi əlavə edib ki, kimsə bu mövzudan sui-istifadə edib təxribat salırsa, İmam Hüseyn məramlarına zidd addım atır: "Azərbaycanın bir çox bölgələrində belə bir ənənə var ki, gənc bir insan dünyasını dəyişəndə İmam Hüseyn yad olunur, Ya Hüseyn şüarı səsləndirilir. Hətta fərqli məzhəblərin yaşadığı bölgələrdə də bu baş verir. Bunun heç bir xarici dövlətlə əlaqəsi yoxdur. Bu, Azərbaycan xalqının ənənəsidir.
Dini ayinlər dəfn mərasimində tam şəkildə icra olunur. Müdafiə Nazirliyinin əməkdaşları da buna şərait yaradır. Cənazə namazları bir çox halda Şəhidlər Xiyabanında qılınır. Dəfn prosesləri tam şəriət qaydalarına uyğun şəkildə həyata keçirilir.
Eyni zamanda bildirmək istəyirəm ki, hər şey yerində olmaldıır. Şəhid valideynlərinin də razılığı olmalıdır. Paralel şəkildə hər bir şey uzlaşdırılmalıdır. Milli şüarlarla dini şüarlar qarşı-qarşıya qoyulmamalıdır".

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var