Hacıbaba Əzimov partiyasını bağladı: VAMBP-nin SON BƏYANATI

Hacıbaba Əzimov partiyasını bağladı: VAMBP-nin SON BƏYANATIAzərbaycanda daha bir partiya fəaliyyətini dayandırdı.
KONKRET.az xəbər verir ki, bu barədə Musavat.com-a daxil Vahid Azərbaycan Milli Birlik Partiyasının bəyanatında məlumat verilir.
Həmin bəyanatı olduğu kimi təqdim edirik: 
"Vahid Azərbaycan Milli Birlik Partiyası (VAMBP) 1992-ci il noyabrın 28-də keçirilmiş qurultayı ilə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyünü siyasi müstəvidə müdafiə etmək məqsədilə təsis olunub, 1993-cü il yanvarın 13-də Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Təsis edildiyi 1992-ci ildən hal-hazıradək Vahid Azərbaycan Milli Birlik Partiyası (VAMBP) xalqımızın milli birliyini qorumaq və ölkəmizdə separatçılıq meyllərinin qarşısını almaq sahəsində məqsədyönlü fəaliyyət göstərib.
VAMBP fəaliyyət göstərdiyi uzun illər ərzində Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı ümummilli və dövlət əhəmiyyətli sənədlər paketi hazırlayıb respublika rəhbərliyinə, beynəlxalq təşkilatlara, siyasi və ictimai qurumlara təqdim edib, dəfələrlə ermənipərəst mövqedən çıxış edən xarici dairələrin Qarabağ problemi ilə bağlı saxta və qərəzli təkliflərinin təslimçi mahiyyətini ifşa edib.
İkinci Vətən müharibəsində Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər əldə olunub. Bunun nəticəsində Azərbaycan xalqı bu gün öz tarixinin ən möhtəşəm və qürurlu səhifəsini yaşayır. Prezident Ilham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti VAMBP hər zaman dəstəkləyib, verdiyi bəyanatlarda xalqı ölkə rəhbərinin ətrafında sıx birləşməyə çağırıb.
Ölkəmizin Qələbəsi nəticəsində bütün regionda yeni geosiyasi reallıq formalaşıb.
Hesab edirik ki, tarixin bu mərhələsində ölkəmizin və cəmiyyətimizin inkişafı naminə bütün siyasi və intellektual potensialın səfərbər olması zəruri vəzifəyə çevrilib.
Ölkəmizdə ictimai-siyasi proseslər sürətlə inkişaf etməkdədir. Bir çox yeni siyasi və İctimai təşkilatlar meydana çıxıb, eyni zamanda bəzi təşkilatların öz fəaliyyətini dayandırmağa zəmin yaranıb. Bütün bunları nəzərə alaraq Vahid Azərbaycan Milli Birlik partiyası siyasi təsisat kimi fəaliyyətinə son qoyulması barədə qərar qəbul edib".
Hacıbaba Əzimov partiyasını bağladı: VAMBP-nin SON BƏYANATI

Siyasi       Tarix: 27 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl


azerbaycan xeberleri son xeberler yeni xeberler dunyada son xeberler en son xeberler bu gun bugunun xeberleri en son xeberleri