Hacıbəy Heydərli: "Əminəm ki, seçkiöncəsi yaradılan demokratik ab-hava seçki günü də davam edəcək
"Prezidentliyə namizədlər təşviqat prosesi dövründə ənənəvi media ilə yanaşı sosial medianın yaratdığı imkanlardan da faydalandılar. Onlar sosial şəbəkələrdən fəal şəkildə istifadə etdilər. Seçiciləri ilə görüşlər haqda elanları, məlumatları sosial media vasitəsilə paylaşdılar. Bu, həm də ölkəmizdə internetin, sosial medianın azad olduğunun bariz nümunəsidir".
Bu fikirləri secki-2024.az saytına açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Azxeber.az" saytının baş redaktoru Hacıbəy Heydərli deyib.
Baş redaktor xatırladıb ki, Azərbaycanda ödənişli təşviqat üçün MSK-da qeydiyyatdan keçmiş 44 media subyektinin sırasında onlayn media da yer tutub: "Bu seçkilərin daha bir özəlliyi ondan ibarət oldu ki, ödənişli təşviqat üçün qeydiyyatdan keçən onlayn media subyektlərinin sayı çox oldu. Bu, həm də ölkəmizdə onlayn mediaya göstərilən dövlət dəstəyinin nəticəsi kimi qiymətləndirilə bilər".
Hacıbəy Heydərli qeyd edib ki, təşviqat kampaniyası dövründə bütün namizədlərə bərabər şərait yaradılıb: "Əminəm ki, seçkiöncəsi yaradılan bu demokratik ab-hava seçki günü də davam edəcək və Azərbaycan xalqı öz iradəsi ilə azad seçim edəcək. 7 fevral seçkiləri Azərbaycanda yeni dövrün başlanğıcı olacaq". / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir