Hacıqabul sakininin 10 min dollarını quldurluq yolu ilə ələ keçirən şəxs tutuldu
Hacıqabulda quldurluq edən şəxs saxlanılıb.
Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, cari il yanvarın 28-də Hacıqabul rayonunun Muğan kəndi ərazisində Ağdam rayon sakini Adil Kərimov avtomobillə vurulub və hadisə yerində ölüb.
Baş Dövlət Yol Polisi İdarəsi, Baş İstintaq və Təhqiqat İdarəsi və Hacıqabul Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində A.Kərimovun Qobustan rayon sakini O.Güləliyevin idarə etdiyi "MAN" markalı avtomobillə vurulduğu müəyyən edilib. Yol qəzasının törədərək hadisə yerindən yayınan O.Güləliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Mərhumun qardaşı A.Kərimov ərizə ilə müraciət edərək hadisə baş verən gün, saat 1 radələrində, avtomobillə vurulmamışdan öncə mərhumun Muğan kəndi ərazisində naməlum şəxslər tərəfindən döyülərək üzərində olan 10 min ABŞ dollarının götürülməsi barədə məlumat verib.
Məlumatla əlaqədar Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini E.Yusibov müəyyən edilərək saxlanılıb.
E.Yusibov A.Kərimovla Bakıdan Gəncəyə taksi ilə birlikdə getdiklərini, həmin zaman Adilin üzərində 10 min ABŞ dollar olduğunu bildiyindən Muğan kəndi ərazisindəki yolüstü dayanacaqların birində quldurluq yolu ilə həmin pulu ələ keçirdiyini etiraf edib.
Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.
Turlar.az [newsid: 0-123300]

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib