"Hadisələr Azərbaycanın planlarına uyğun inkişaf edəcək" - Tofiq Zülfüqarov 

"Regiondakı hadisələrin dinamikası göstərir ki, Qarabağda reinteqrasiya prosesi yaxın vaxtlarda başlaya bilər. Düzdür, Ermənistanın apardığı siyasət və Qarabağdakı qondarma rejimin proseslərə mane olması hadisələri bir qədər ləngitsə də, reinteqrasiya baş tutacaq. Düşmən ölkənin "humanitar fəlakət" şousu baş tutmayınca ermənilərin ümidləri hər yerdən kəsilir və çıxış yolu axtarırlar. Belə çıxış yollarından biri də qondarma rejimin "prezidenti" Araik Arutyunyanın istefa verməsidir".
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov KONKRET.az-a açıqlamasında Araik Arutyunyanın istefasının səbəblərindən danışıb.
Bildirib ki, əslində, Araik vəziyyətin onun planlarına uyğun getmədiyini görüb bu addımı atdı:
"Onlar yaxşı başa düşürlər ki, bu cür siyasi gündəmlə o insanların qabağına çıxmaq mümkün deyil. Belə görünür ki, ərzaq çatışmazlığından heç bir əziyyət çəkmirlər. Amma insanlara deyirlər ki, sizin "acından ölməyiniz"lə biz dünyaya sübut etməliyik ki, Azərbaycan bizi soyqırıma məruz qoyub. Bu cür çağırışlarla, siyasi gündəmlə, siyasi planlarla adi insanların qarşısına çıxmaq heç bir nəticə verməyəcək.
Eyni zamanda, tək Araik yox, oradakı digər cinayətkarlar da deyirlər ki, bizim üç taktikamız var. Ya reinteqrasiyaya gedirik, ya silahlı mübarizə aparırıq və nəticədə hamımız məhv oluruq, ya da köçümüzü yığıb Ermənistana gedirik. Araik bildirib ki, real variantlar bunlardır. İndi bəllidir ki, onlar vəziyyəti ən düzgün şəkildə qiymətləndirilməlidir. Araik siyasi məsuliyyəti öz üzərinə götürməmək üçün postunu tərk edib. Qeyd edib ki, mən Azərbaycanla danışıqlar aparmaq üçün münasib insan deyiləm. Bilirsiniz ki, Azərbaycan onu hərbi cinayətlərdə ittiham edir. Mülki əhaliyə qarşı qadağan olunmuş silahlar istifadə etdiyinə görə beynəlxalq axtarışa verilib. Çox güman ki, onlar kimisə Azərbaycanla təmas qurmaq üçün hazırlayıb və danışıqları davam etdirəcəklər. Azərbaycan öz planlarına uyğun olaraq reinteqrasiya prosesini addım-addım irəli aparacaq. Bu hadisələrdən sonra ermənilər anlayıblar ki, heç kim gəlib onların yerinə Qarabağda vuruşan deyil. Ermənilərin BMT TŞ-dən aldığı cavab, satın aldıqları siyasətçilərin onlara kömək edə bilməməsi, Fransanın dəstəyinin yetərli olmaması erməniləri mövqeyini dəyişməyə vadar edib. Hesab edirəm ki, hadisələr Azərbaycanın planlarına uyğun müsbət yöndə inkişaf edəcək", – deyə politoloq fikrini tamamlayıb.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 02 sentyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma


yeni xeberler azerbaycan xeberleri son xeberler son xəbərlər azərbaycanda son xeber az az xeber ən son xəbərlər