Haftardan ABŞ-a ŞOK HÜCUM: Rusiyanın silahları və muzdlu əsgərləri ilə...
Liviyanın çevrilişçi generalı Xəlifə Haftar ABŞ Hərbi Qüvvələrinə aid pilotsuz uçuş aparatını vurub.
Publika.az xəbər verir ki, bu, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Baş Müfəttişliyinin Konqresə təqdim etdiyi 31 oktyabr-31 dekabr 2019-cu il tarixli "Şərqi, Şimali və Qərbi Afrikada terrorla mübarizə fəaliyyətləri ilə bağlı hesabat"da əks olunub.
Bildirilib ki, 21 noyabrda ABŞ-ın pilotsuz uçuş aparatı Haftar qüvvələrinə dəstək verən muzdlu əsgərlər və Haftarın istifadə etdiyi Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Sənəddə ötən ilin son rübündə Rusiyanın "Wagner Group" təhlükəsizlik şirkətinə bağlı muzdlu əsgərlərin sayının əhəmiyyətli dərəcədə artdığı diqqət çəkib.
Rusların Liviyada Xəlifə Haftar nəzarətindəki qanunsuz Liviya Milli Ordusuna dəstək məqsədilə fəaliyyət göstərdiyi deyilən hesabatda ötən ilin sentyabr ayında "Wagner Grup"un 200 muzdlu döyüşçüsünün Liviyada olduğu, ilin sonunda isə bu rəqəmin 800-1400-ə qalxdığı bildirilib.
Sənəddə Rusiyanın Liviyadakı fəaliyyəti ilə bağlı bu sözlər yer alıb: "AFRICOM (ABŞ Afrika Komandanlığı) Rusiyanın Liviyada artan varlığı ABŞ-ın hərbi əməkdaşlıqlarına və terrorla mübarizəsinə əngəl təşkil edir. Rusiyanın hərbi əməkdaşlıqları ABŞ-ın və ortaqlarının Şimali Afrikada hərbi əməkdaşlıqlarına davam edib irəliləmə qabiliyyətinin altını qazır. Bundan başqa, Rusiya ABŞ-ın Aralıq dənizinin cənubunda sərbəstliyinə əngəl olur".
Zümrüd

DÇ: Messi het-trik etdi, Argentina darmadağınla qələbə qazandı
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
Bakcell-in dəstəyi ilə 5-ci "YAŞAT" düşərgəsi başladı - FOTOLAR
Ronaldo mundial tarixində yeni rekord müəyyənləşdirdi
DÇ-2026: Avstriya İordaniyanı məğlub etdi
Metroda dəhşətli anlar - Azyaşlı uşaq yıxıldı
Türkiyənin 54 vilayətində əməliyyat keçirilib, 258 nəfər saxlanılıb
İçərisində 189 nəfər olan təyyarə qəza siqnalından sonra radardan itdi
ABŞ-İran anlaşması: Hər iki ölkə ilk bu addımları atacaq
Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub – İlham Əliyev
"Qarabağ" İstanbul nəhəngi ilə qarşılaşa bilər
İlham Əliyev: Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır
Bakıda sürücü sükan arxasında öldü
Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
Qızını qəzada itirən tanınmış vəkil valideynlərə çağırış etdi