Hakan Fidandan şok xəbərdarlıq: "İsrail Türkiyəni yeni düşmən elan edə bilər"
Türkiyənin xarici işlər naziri Hakan Fidan bölgədəki gərginliklə bağlı sensasion bəyanatla çıxış edib.
KONKRET.az xəbər verir ki, "Anadolu" agentliyinə müsahibə verən nazir, rəsmi Təl-Əvivin hərbi-siyasi ritorikasındakı təhlükəli tendensiyaya diqqət çəkib.
Hakan Fidan bildirib ki, İsrail dövləti mövcud siyasi kursu çərçivəsində "düşmən obrazı" olmadan fəaliyyət göstərə bilmir. Onun sözlərinə görə, İranla bağlı proseslərdən sonra növbəti hədəf məhz Türkiyə ola bilər:
"İrandan sonra İsrail düşmənsiz yaşaya bilməz. Biz görürük ki, təkcə Benyamin Netanyahu administrasiyası deyil, həm də müxalifətin bəzi nümayəndələri siyasi ritorikadan istifadə edərək Türkiyəni yeni düşmən elan etməyə çalışırlar."
Nazir vurğulayıb ki, İsrailin daxili siyasi qrupları Türkiyəyə qarşı mənfi rəy formalaşdırmaqla bölgədəki gərginliyi daha da alovlandırır. Hakan Fidanın bu sözləri Ankara və Təl-Əviv arasındakı onsuz da gərgin olan diplomatik münasibətlərin daha da kəskinləşə biləcəyindən xəbər verir.
Xatırladaq ki, son vaxtlar iki ölkə arasında həm Qəzza, həm də regional təhlükəsizlik məsələləri ilə bağlı qarşılıqlı ittihamlar pik həddə çatıb. Türkiyənin xarici siyasət idarəsinin rəhbəri bu açıqlaması ilə beynəlxalq ictimaiyyətin diqqətini İsrailin mümkün yeni hərbi-siyasi hədəflərinə yönəldib.
Natiq Səlim,
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK