"Hakim İngiltərə millisini xilas etdi" - Erlinq Holandın atası
Norveç millisinin DÇ-2026-nın 1/4 finalında İngiltərəyə 1:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşmasından sonra Erlinq Holandın atası Alfi Holand sosial şəbəkədə maraqlı müzakirəyə səbəb olub.
KONKRET.az xəbər verir ki, Alfi Holand məğlubiyyəti hakimin qərarları ilə əlaqələndirib.
Britaniyalı jurnalist Henri Uinter matçın gedişatını şərh edərək İngiltərə yığmasının oyunçusu Cude Bellinqemin performansı haqqında "X" sosial şəbəkəsində yazıb:
"Edeqor oyunu idarə etməyə başladı. "İngiltərə evinə dönür", – norveçli azarkeşlər oxuyurdular. Bellinqem isə bunun baş verməyəcəyinə qərar verir. Təşəbbüsü və məsuliyyəti üzərinə götürür, şans yaradır və ondan istifadə edir. Necə də möhtəşəm oyunçudur. Son 35 ildə İngiltərə yığmasının oyunlarını işıqlandıran biri kimi gördüyüm ən yaxşı şeydir".
Alfi Holand isə jurnalistin bu paylaşımına sərt reaksiya verib: "Ciddi deyirsiniz? Sizi hakim xilas etdi. Ümid edirəm ki, dünya çempionatını siz qazanarsınız. Amma məndə elə bir hiss var ki, bu gün haqqımız tapdalandı".

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA