Hande Harmancı koronavirusun yeni ştamından qorunmağın yollarını açıqladı
"Qlobal dünyada nə varsa Azərbaycanda da olacaq. Yəni, əgər COVID-19-un yeni EG.5 ştamı dünyada geniş yayılsa, Azərbaycanda da yoluxma halları baş verəcək".
KONKRET.azxəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.
ÜST rəsmisinin sözlərinə görə, bir neçə müddətdir COVID-19-a yoluxma saylarında nisbətən artım var:
"Lakin insanlar təşvişə düşmədən özlərini qorumağa davam etmələridirlər. Azərbaycan qlobal dünyanın bir hissəsidir. Ona görə də qlobal dünyada nə baş verirsə, Azərbaycana da təsir edəcək. Yəni, əgər EG.5 ştamı dünyada geniş yayılsa, Azərbaycana da gələcək".
H.Harmancı deyib ki, pandemiya zamanı Azərbaycanın səhiyyə sahəsini səfərbər edə bildi, tibb işçilərini bir araya gətirdi və eləcə də əhaliyə düzgün statistikanı verdi.
O vurğulayıb ki, ölkə bununla vacib işləri görməyi bacardı:
"Yeni ştamlara qarşı görüləcək tədbirlər əvvəlki kimidir. Məsələn, gigiyena qaydalarına riayət etmək, özümüzü yaxşı hiss etmiriksə evdə qalmaq, maskadan istifadə etmək və s. Yeni EG.5 ştamının yoluxuculuq qabiliyyəti yüksəkdir, lakin bildiyimiz qədər ağır nəticələri olmur".
Qeyd edək ki, ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancının rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gedib.//Report
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı