Hansı ölkənin nə qədər nefti və qazı var? - SİYAHI

Hansı ölkənin nə qədər nefti və qazı var? - SİYAHISon zamanlar "yaşıl" iqtisadiyyatın genişlənməsinə baxmayaraq, hələ də neft Yer kürəsində ən qiymətli resurs olaraq qalır. Təsadüfi deyil ki, dünya enerji istehlakında onun payı 31 faizdir (1970-ci illərin əvvəllərində bu göstərici 45 faiz təşkil edib).
KONKRET.az "Vergilər" qəzetinə istinadən xəbr verir ki, bu, qaz, kömür, həmçinin bərpa olunan enerji mənbələrinin analoji göstəricisindən yüksəkdir.
Dünya üzrə neft ehtiyatları cəmi 1732,4 milyard bareldir. Ondan 1214,7 milyard bareli OPEC, 260 milyard bareli OECD ölkələri, 2,4 milyard bareli isə AB-nin payına düşür.
Dünya neft ehtiyatlarının təxminən 2/3-si, dünya neft hasilatının 35 faizi, dünya neft ixracının isə yarısı OPEC ölkələrinin payına düşür. Bu barədə "BP Statistical Review of World Energy" hesabatında deyilir. Hesabatda digər maraqlı məqamlara da toxunulub.
Neft ehtiyatları
– Neft ehtiyatlarının həcminə görə dünyada lider ölkələr: Venesuela, Səudiyyə Ərəbistanı, Kanada, İran, İraq.
– Neft hasilatına görə dünyada lider ölkələr: ABŞ, Səudiyyə Ərəbistanı, Rusiya, Kanada, İraq.
– Neft ixracına görə dünyada lider ölkələr: Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Kanada, BƏƏ.
– Hazırda neft ehtiyatlarının həcminin qiymətləndirilməsi onun hasilatının texniki imkanlarına uyğun olaraq müəyyənləşdirilir.
– Neft ehtiyatlarının qiymətləndirilməsinin bir neçə təsnifatı mövcuddur. Onlardan ən geniş yayılmış SPE-PRMS – təkcə neft yataqlarının vəziyyətini müəyyənləşdirmir, həm də onun hasil edilməsi effektivliyini hesablamaq imkanı verir. Əgər neft yatağında neftin mövcudluğu təsdiq edilərsə, o zaman onun hasilat mümkünlüyü – 90 faiz, "ehtimal edilərsə" – 50 faiz təşkil edir.
– 1997-ci ildə BMT yer altından çıxarılan enerji və mineral resursların qiymətləndirilməsi üzrə öz təsnifatını (Çərçivə Təsnifatı BMT-2009) təklif edib. Bu universal sistem aşağıdakı meyarlar əsasında qurulur:
layihənin iqtisadi-sosial həyat qabiliyyəti;
yatağın mənimsənilməsi layihəsinin statusu və əsaslandırılması;
geoloji tədqiqat.
Təbii qaz ehtiyatları
– Təbii qaz ekoloji cəhətdən orqanik yanacağın ən təmiz növüdür. Belə ki, təbii qaz yandıqda ondan kömür və ya torfa nisbətən daha az zərərli maddə ayrılır. Dünya enerji istehlakında onun payı 24 faizdir.
– Dünya üzrə təbii qaz ehtiyatları cəmi 188,1 milyard m³-dir. Ondan 20,3 milyard m³ OECD ölkələrinin və 0,4 milyard м3 AB-nin payına düşür.
– Təbii qaz ehtiyatlarının həcminə görə dünyada lider ölkələr: Rusiya, İran, Qətər, Türkmənistan, ABŞ.
– Təbii qaz hasilatına görə dünyada lider ölkələr: ABŞ, Rusiya, İran, Çin, Qətər.
– Təbii qaz ixracına görə dünyada lider ölkələr: Rusiya, ABŞ, Qətər, Norveç, Avstraliya.
Şist neft və qaz ehtiyatları
– Son illər dünyada şist neft bazarı aktiv irəliləyir. Yanar şistin ümumi həcmi 345 milyard barel təşkil edir. Lakin şist neftinin işlənməsi o zaman iqtisadi cəhətdən məqsədəuyğundur ki, təbəqənin (layın) qalınlığı 30 metri keçmir, neftin miqdarı isə şistin bir tonu üzrə 90 litr təşkil edir.
– Şist neft və qazının hasilatının banisi və "şist inqilabı" ideyasını ilk irəli sürən ABŞ sayılır. Bununla da ABŞ həm daxili bazarda yanacağın qiymətini azaldıb, həm də neft və qaz hasilatının ümumi həcmi üzrə dünyada Rusiyanı keçərək karbohidrogenlərin ixracatçısı olub.
– Şist neftin hasilatı üçün ən əlverişli ərazilər ABŞ-da müşahidə olunsa da, ehtiyat həcminə görə dünyada 1-ci yeri (75 milyard barel) Rusiya tutur (2-ci ABŞ, 3-cü Çin, 4-cü Argentina, 5-ci Liviya).
– Şist qaz ehtiyatlarının həcminə görə isə 1-ci yeri Çin tutur (2-ci Argentina, 3-cü Əlcəzair, 4-cü ABŞ, 5-ci Kanada).
– Şist yataqlarının işlənməsi ərazinin ekologiyasında ciddi problemlər yaradır ki, bu da istifadənin qarşısını alan amildir. Eyni zamanda, şist karbohidrogenlərinin hasilat xərcləri ənənəvi neft yataqlarının işlənməsi üzrə maya dəyərini üstələyir. Lakin bu istiqamətin böyük perspektivləri var.
Dünya neft hasilatı üzrə ölkələrin cari reytinqi
– Reytinq OPEC və BP-nin dərc edilmiş illik statistik bülletenlərindəki qiymətləndirmələrə əsasən müəyyənləşdirilir.
– BP-nin reytinqinə görə ən çox neft hasil edən 10 ölkə:
1. ABŞ
Günlük neft hasilatı: 16,585 milyon barel
Günlük ümumdünya neft hasilatında payı: 18,5 faiz
Neft ehtiyatları: 68,8 milyard barel (dünyada 9-cu)
Sabit investisiya mühiti və yüksək səviyyədə inkişaf etmiş texnologiyalar ölkədə bitum qumları və şistlər kimi qeyri-ənənəvi mənbələri tətbiq etməyə imkan yaradır. Neft hasilatına görə dünyada 1-ci yerdə olduğuna baxmayaraq, istehlak istehsaldan yüksək olduğuna görə ölkə Meksika və Kanadadan çoxlu xammal idxal edir.
2. Səudiyyə Ərəbistanı
Günlük neft hasilatı: 10,954 milyon barel
Günlük ümumdünya neft hasilatında payı: 12,2 faiz
Neft ehtiyatları: 297,5 milyard barel (dünyada 2-ci)
Ölkə iqtisadiyyatı ÜDM-in 45 faizini təşkil edən neft sənayesinə əsaslanır. Büdcə gəlirlərinin 75 faizini və ixracın 90 faizini neft məhsullarının ixracı təşkil edir. SƏ neft ixracı üzrə dünya lideri olmaqla OPEC-də "sabitləşdirici istehsalçı" rolunu oynayır və bununla da dünya neft qiymətlərini tənzimləyir. Ölkənin nəhəng neft və qaz ehtiyatları və buna uyğun mükəmməl emal sənayesi onun güclü tərəfləridir.
3. Rusiya
Günlük neft hasilatı: 10,944 milyon barel
Günlük ümumdünya neft hasilatında payı: 12,2 faiz
Neft ehtiyatları: 107,8 milyard barel (dünyada 6-cı)
Neft ixracına görə dünyada 2-ci yer tutur. Ölkədə aparılan neft ehtiyatlarının inventarlaşma nəticələrinə görə onun yalnız 65 faizinin hasilat üçün rentabelli olması təsdiq edilib. Qalan hissənin hasilatı üçün yeni texnologiyaların, xüsusi vergi rejimlərinin tətbiqi lazımdır. Coğrafi çətinliklərə görə ölkədə Uzaq Şərq, Şərqi Sibir və Arktika ərazilərində cəmləşən bütün ehtiyatlardan hələ ki istifadə etmək olmur. Burada yerləşən yataqların mənimsənilməsi kifayət qədər kapital tutumludur.
4. Kanada
Günlük neft hasilatı: 5,429 milyon barel
Günlük ümumdünya neft hasilatında payı: 6 faiz
Neft ehtiyatları: 168,1 milyard barel (161,4 milyard barel bitumlu qumlar daxil olmaqla, dünyada 3-cü, BP-nin hesablamalarına görə)
Hazırkı ehtiyatların böyük hissəsi (95 faizdən çox) qeyri-ənənəvi neft növlərindən biri olan bitumlu qumlarda yerləşir. Texnologiyaların təkmilləşdirilməsi nəticəsində ölkə bu ehtiyatlardan faydalana bilər, bununla yanaşı, Arktika dəniz buzlağının azalması nəticəsində də xeyli ehtiyatlar aşkar ediləcək. Bu sahədə perspektivdə vəziyyət çox yaxşıdır.
5. İraq
Günlük neft hasilatı: 4,102 milyon barel
Günlük ümumdünya neft hasilatında payı: 4,6 faiz
Neft ehtiyatları: 145 milyard barel (dünyada 5-ci)
Neft ixracına görə dünyada 3-cüdür, 2010-cu ilin sonunda ölkə neft hasilatına görə liderlər sırasına daxil olmaqla OPEC-in aparıcı üzvü olub. ABŞ-İran münasibətlərindəki gərginlik, İrana ABŞ tərəfindən tətbiq olunan sanksiyalar bazarda ölkə üçün yeni imkanlar yaradır. Ölkə 2024-cü ilədək günlük hasilatı 7,5 milyon barelə çatdırmaq niyyətindədir.
6. Çin
Günlük neft hasilatı: 3,994 milyon barel
Günlük ümumdünya neft hasilatında payı: 4,4 faiz
Neft ehtiyatları: 26 milyard barel (dünyada 13-cü)
Ölkə bu sahədə daim templəri artırmaqla son 50 ildə hər gün ümumdünya neft hasilatının 4-4,5 faizini verir. Lakin güclü iqtisadi inkişaf və nəhəng əhalinin təmin edilməsi üçün bu kifayət deyil. ABŞ kimi Çin də hasil etdiyindən daha çox neft istehlak edir. Neft ehtiyatları isə cəmi 26 milyard bareldir. Amma layların hidravlik kəsimi və digər texnologiyaların tətbiqi ilə ölkə ehtiyatları (şist ehtiyatlar hesabına) gələcəkdə artıra bilər.
7. BƏƏ
Günlük neft hasilatı: 3,668 milyon barel
Günlük ümumdünya neft hasilatında payı: 4,1 faiz
Neft ehtiyatları: 97,8 milyard barel (dünyada 8-ci)
Ölkənin neft və qaz ixracatında əsas tərəfdaşı Yaponiyadır. Ölkə iqtisadiyyatının əsasını xam neft və qaz hasilatı və ixracı təşkil etsə də, son zamanlar neft hasilatı və emalından gələn gəlirlərin ÜDM-də payı azalmaqdadır. Bu da iqtisadiyyatın diversifikasiyası üzrə hökumətin tədbirləri ilə əlaqədardır. Son zamanlar iqtisadiyyatın digər sektorlarının (tikinti, ticarət, turizm və kənd təsərrüfatı) önəmliliyi artmaqdadır.
8. İran
Günlük neft hasilatı: 3,620 milyon barel
Günlük ümumdünya neft hasilatında payı: 4 faiz
Neft ehtiyatları: 157,8 milyard barel (dünyada 4-cü)
Ölkə neftinin böyük hissəsi təmizdir, yəni hasilat mürəkkəb texnologiyaların tətbiqini tələb etmir. Həmçinin İran OPEC-in üzvüdür, bu da ona qiymətlərə nəzarət üzrə bəzi səlahiyyətlər verir. Ölkənin neft ehtiyatları aktiv istehsal üçün hələ 120 il kifayət edər.
9. Braziliya
Günlük neft hasilatı: 2,987 milyon barel
Günlük ümumdünya neft hasilatında payı: 3,3 faiz
Neft ehtiyatları: 11,9 milyard barel (dünyada 16-cı)
Ölkə yaxın 10 ildə günlük neft hasilatını 70 faizdən çox artırmaqla 5,3 milyon barelə çatdırmaq niyyətindədir. Bu da ölkənin ixrac potensialının saxlanmasına imkan verəcək.
Son 5 ildir ki, ölkə neftinin əsas istehlakçısı Çindir (neft ixracının 70 faizi onun payına düşür). Güman olunur ki, dünya neft bazarında ölkə Rusiyanı əvəzləyə bilər.
10. Küveyt
Günlük neft hasilatı: 2,741 milyon barel
Günlük ümumdünya neft hasilatında payı: 3 faiz
Neft ehtiyatları: 101,5 milyard barel (dünyada 7-ci)
Ölkədə ÜDM-in 50 faizini, büdcə gəlirlərinin 95 faizini və ixrac gəlirlərinin 95 faizini neft sənayesi təşkil edir. Neft ehtiyatları ölkəyə hələ 120 il kifayət edər. Yüksək texnologiyaların tətbiqi ilə bunu daha da artırmaq olar.
Qeyd: Neft ehtiyatlarına görə dünyada lider (303,8 milyard barel) olan Venesuelanın günlük neft hasilatı cəmi 0,654 milyon barel təşkil edir. Dövlət Energetika Şirkətinin (Petroleos de Venezuela SA – PDVSA) verdiyi məlumata görə ölkə növbəti illərdə bu göstəricini 2, hətta 3 milyon barelə çatdırmaq niyyətindədir.
Dünya təbii qaz hasilatı üzrə ölkələrin cari reytinqi
– Reytinq OPEC və BP-nin dərc edilmiş illik statistik bülletenlərindəki qiymətləndirmələrə əsasən müəyyənləşdirilir.
– BP-nin reytinqinə görə ən çox təbii qaz hasil edən 10 ölkə:
1. ABŞ
İllik qaz hasilatı: 934,2 milyard m3
İllik ümumdünya qaz hasilatında payı: 23,1 faiz
Qaz ehtiyatları: 12,6 trilyon m3 (dünyada 5-ci)
2. Rusiya
İllik qaz hasilatı: 701,7 milyard m3
İllik ümumdünya qaz hasilatında payı: 17,4 faiz
Qaz ehtiyatları: 37,4 trilyon m3 (dünyada 1-ci)
3. İran
İllik qaz hasilatı: 256,7 milyard m3
İllik ümumdünya qaz hasilatında payı: 6,4 faiz
Qaz ehtiyatları: 32,1 trilyon m³ (dünyada 2-ci)
4. Çin
İllik qaz hasilatı: 209,2 milyard m³
İllik ümumdünya qaz hasilatında payı: 5,2 faiz
Qaz ehtiyatları: 8,4 trilyon m³ (dünyada 6-cı)
5. Qətər
İllik qaz hasilatı: 177 milyard
İllik ümumdünya qaz hasilatında payı: 4,4 faiz
Qaz ehtiyatları: 24,7 trilyon m³ (dünyada 3-cü)
6. Kanada
İllik qaz hasilatı: 172,3 milyard m³
İllik ümumdünya qaz hasilatında payı: 4,3 faiz
Qaz ehtiyatları: 2,4 trilyon m³ (dünyada 13-cü)
7. Avstraliya
İllik qaz hasilatı: 147,2 milyard m³
İllik ümumdünya qaz hasilatında payı: 3,6 faiz
Qaz ehtiyatları: 2,4 trilyon m³ (dünyada 13-cü)
8. Səudiyyə Ərəbistanı
İllik qaz hasilatı: 117,3 milyard m³
İllik ümumdünya qaz hasilatında payı: 2,9 faiz
Qaz ehtiyatları: 6 trilyon m³ (dünyada 8-ci)
9. Norveç
İllik qaz hasilatı: 114,3 milyard m³
İllik ümumdünya qaz hasilatında payı: 2,8 faiz
Qaz ehtiyatları: 1,4 trilyon m³ (dünyada 18-ci)
10. Əlcəzair
İllik qaz hasilatı: 100,8 milyard m³
İllik ümumdünya qaz hasilatında payı: 2,5 faiz
Qaz ehtiyatları: 2,3 trilyon m³ (dünyada 14-cü)
Qeyd: Təbii qaz ehtiyatlarına görə dünyada 4-cü (13,6 trilyon m³) olan Türkmənistanın illik qaz hasilatı 79,3 milyard m³ (dünyada 11-ci) təşkil edir. Yeniavaz.com

Sosial     Baxılıb: 267   Tarix: 25 dekabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əsədovla bağlı YENİ XƏBƏR

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovu

Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti aprelin 28-i gün ərzində də davam edəcək. xəbər verir ki, bu barədə -ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunu

Ən çox qəlb qıran bürclər – kimlər emosiyalara daha sərt yanaşır?

Astroloji yanaşmalara görə, bəzi bürclər münasibətlərdə daha sərt davranışları və emosional məsafə saxlamaları ilə seçilir. Bu xüsusiyyətlər isə qarşı tərəfin qəlbinin qırılmasına səbəb ola bilər. Məlumata əsasən, Qoç bürc

Ucar Təhsil Sektoruna yeni rəhbər təyin olundu

Ucar Təhsil Sektorunda vakant olan müdir vəzifəsinə yeni müvəqqəti rəhbər təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, bu vəzifəyə Məhəmmədov İsmayıl Həsən oğlu gətirilib. O, bundan sonra Ucar Təhsil Sektorunu

WUF13 Festivalının axşam proqramlarında dəyişikliklər edilib

WUF13 Festivalının axşam proqramlarında müəyyən dəyişikliklər edilib. Bu barədə -a WUF13-ün Əməliyyat Şirkətindən məlumat verilib. Bildirilib ki, festival aprel 30-u Qubada, may 2-i Lənkəranda, may 4-ü Qəbələdə, may 5-i Şəkidə

Lənkəranda WUF13 Festivalına start verilib

Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədi ilə mayın 2-də Lənkəran şəhərində WUF13 Festivalına start verilib. xəbər verir ki, günün birinci yarısınd

Bazarda rekord ARTIM - Neft bahalaşdı

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin iyun müqaviləsinin dəyəri 6,92% artaraq 1 barelə görə 126,2 ABŞ dolları təşki

Qızıl almaq istəyənlərə PİS XƏBƏR

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. KONKRET.azxəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyər

Sabah hava necə olacaq? - Proqnoz

Azərbaycanda mayın 1-də havanın 25 dərəcə isti olacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkə


yeni xeberler son xeberler azerbaycan xeberleri krimnal xeber hava sonxabar az