Hansı qidaları və içkiləri acqarına qəbul etmək olmaz?

Hansı qidaları və içkiləri acqarına qəbul etmək olmaz?Qəhvə, çay, yoğurt, sitrus meyvələri və şirin qazlı içkiləri acqarına qəbul etmək həzmetmə və qanda şəkərə nəzarətlə bağlı problemlər yarada bilər.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Corctaun Universitetinin Xəstəxanasından olan diyetoloq Robinn Çutkan və Nyu-Yorkdan olan qastroenteroloq Maykl Şopis danışıblar.
Mütəxəssislərin sözlərinə görə, kofein mədə turşusu ifrazını stimullaşdıra bilər ki, bu da mədə yanması, ürəkbulanma, öskürək, ağız qoxusu və qarında şişkinlik kimi simptomlara gətirib çıxara bilər. Həmçinin aşağı qida borusunun sfinkteri genişlənə və mədə turşusu yenidən qida borusuna qayıda bilər və bu da turşu reflüksünə səbəb ola bilər. Bu cür təsirlər mədənin həm boş, həm də dolu olduğu zaman baş verə bilər, lakin acqarına xoşagəlməz hisslər daha qabarıq özünü göstərir.
Həkimlər əlavə ediblər ki, ənənəvi olaraq digər növlərə nisbətən tərkibində daha çox kofein olan qara çayı içməzdən əvvəl də qəlyanaltı etmək lazımdır. Çobanyastığı, hibiskus və nanə çaylarını isə qorxmadan içmək olar.
Kofein ehtiva edən içkilərlə yanaşı, acqarına, həmçinin şirin və qazlı içkilərin də içilməsi məsləhət görülmür. Karbondioksid mədədə toplanaraq ona təzyiq göstərə və şişkinliyə səbəb ola bilər. Bundan əlavə, qidadan orqanizmə qəfil şəkər qəbulu qanda qlükoza səviyyəsinin kəskin artmasına gətirib çıxara bilər ki, onun aşağı salınması da adətən güc itkisi ilə müşayiət olunur.
Qastroenteroloq Şopis qeyd edib ki, bəzi insanlar acqarına süd məhsullarını həzm etməkdə çətinliklər yaşayırlar. Həkimin sözlərinə görə, yoğurtda süd turşusunun artıq olması mədə-bağırsaq traktını qıcıqlandıra və məhsulun tərkibindəki probiotiklərin (faydalı bakteriyaların) bir hissəsini məhv edə bilər.
Mütəxəssislərin ilkin yemək kimi yeməyi tövsiyə etmədikləri digər məhsul isə sitrus meyvələri və onlardan hazırlanan şirələrdir. Onlar qeyd edirlər ki, səhər yeməyinin məşhur inqrediyentlərinin tərkibində olan limon turşusu bağırsağın selikli qişasını zədələyə bilər.

Sağlamlıq       Tarix: 11 noyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bazarlarda göbələk təhlükəsi: Bu əlamətləri görsəniz, almayın

Bazarlarda göbələk mövsümünün başlaması ilə bu məhsula tələbat artır. Lakin göbələk alarkən diqqətsizlik istehlakçıların sağlamlığı üçün ciddi təhlükə yaradır. Xüsusilə köhnəlmiş, düzgün saxlanılmamış və ya zəhərli növlərl

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində 5 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Meymunçiçəyinə yoluxma halları varmı? Təhlükəli vəziyyət varmı?. -ın xəbərin

Uşaqlarda bu hal təhlükəlidir - DİQQƏT

Qrip və soyuqdəymə kimi yuxarı tənəffüs yollarının infeksiyaları, xüsusilə uşaqlarda orta qulaq iltihabına səbəb ola bilər. Vaxtında müalicə olunmadıqda isə bu xəstəlik nadir hallarda meningit və beyin absesi kimi ciddi fəsadlarl

"Aquşa" ilə bağlı xoşagəlməz fakt - XƏBƏRDARLIQ

Uşaqlar üçün nəzərdə tutulan populyar süd məhsulunun körpələr üçün potensial təhlükəli olduğu üzə çıxıb. "Baza" Telegram kanalına istinadən xəbər verir ki, söhbət tərkibində normadan artıq kalsium aşkar edilən "Aquşa"

COVİD-in ən güclü ştammı Azərbaycanda da yayılıb?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın bəzi ölkələrində, eləcə də Avropada, ABŞ-da və Kanadada koronavirusun PJ 2.1 növü yayılıb. Bu ştamm soyuqdəymə və qrip simptomları ilə özünü göstərir. Bəs görəsən

Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı

Adətən qripə yoluxan insanlarda xəstəliyin simptomları bir neçə gün ərzində zəifləyir və tədricən aradan qalxır. Lakin son dövrlər yayılan qripəbənzər virus infeksiyalarından sonra öskürək, boğaz ağrısı və halsızlıq kim

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Düyüdəki gizli təhlükə: Plov hansı halda zəhərləyir?

Lənkəranda bir ailənin üzvlərinin plov və turşu qəbul etdikdən sonra qida zəhərlənməsinə məruz qaldığı bildirilir. Hadisə gündəlik qida rasionumuzda yer alan plovun hansı hallarda təhlükə yarada biləcəyi və ev şəraitind

Pomidor alarkən diqqətli olun: Tərkibindəki maddələr sağlamlığa zərər verə bilər

Payız-qış aylarında bazarlarda satılan pomidor və digər tərəvəzlərin təhlükəsizliyi yenidən müzakirə mövzusuna çevrilib. Mövsümdənkənar yetişdirilən məhsulların istehsalı zamanı istixanalarda kimyəvi gübrələrdən, pestisidlərdə


son xeberler yeni xeberler azerbaycan xeberleri futbol xeberleri xabarlar novruz bayramı cəbhədən son məlumat